“İzmirin Şirincə kəndində “Qiymət menyusu”na daxil olan yeməklərin qiyməti fantastik şəkildə artıb”.
Bunu Lent.az-ın Şirincəyə ezam olunmuş müxbiri Səbuhi Məmmədli bildirib. Onun sözlərinə görə, menyuya “Cənnət kababı”, “Qiyamət şorbası”, “Son dəm çayı”, “Qadağan olunmuş alma” daxildir: “Həmin yeməkləri sifariş verənlərin sayı yüzlərlədir. Bundan başqa, kənd ərazisinə “İsrafillər”, “Şeytanlar” gəlib”.
S. Məmmədli onu da vurğulayıb ki, artıq kənd ərazisində hüzn marşı səslənir.
“İndi də burada şayiələr yayırlar ki, qiyamət gecə saat 12-də qopacaq. Saat 18:00-da isə bəşəriyyətin son şam yeməyi yeyiləcək” - deyə, Lent.az-ın əməkdaşı əlavə edib.