https://525.az/img/pics/medium/2023-12/296969_e268vukrxl.jpg Böyük Qayıdış: uğurla gerçəkləşən taleyüklü proqram
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2023-09/284652_pdttwsp03a.jpg "Sıfırı yeddinin yanından silin..." - Lətif Şüküroğlu yazır
https://525.az/img/pics/medium/2024-03/308247_oo9k2t4ndt.jpg Prezident Rəşad Məcidi təltif etdi
search
28 Mart 2024

"Qəbələ"dən azarkeşlərə çağırış

"Qəbələ"dən azarkeşlərə çağırış

“Qəbələ” idman klubu Avropa Liqasının III təsnifat mərhələsində Kiprin “Apollon” komandası ilə matçda baş vermiş qalmaqalla bağlı bəyanat yayıb.

APA-nın klubun rəsmi saytına istinadən verdiyi xəbərə görə, bəyanatda deyilir:

“UEFA Avropa Liqası 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Kiprin Larnaka şəhər stadionunda keçirilən “Apollon” – “Qəbələ” (1:1) oyununda baş verən hadisələr dərin təəssüf hissi doğurub. Futbol ictimaiyyətinin diqqətinə çatdırmaq istərdik ki, matçdan öncə həm rəqib klubun rəhbərliyinə, həm də UEFA nümayəndəsinə xoşagəlməz halların baş verməməsi üçün tədbir görülməsinin vacibliyi bildirilib.
 
Eyni zamanda, daha öncə klub və milli komandalar səviyyəsində Kiprdə keçirilmiş oyunlarda yaşanan qalmaqallar hər iki tərəfin nəzərinə çatdırılıb.

Xatırladaq ki, komandamızın kapitanı Cavid Hüseynov 2006-ci ildə 19 yaşlılardan ibarət Azərbaycan – Ermənistan milli komandalarının oyununda da kiprli azarkeşlərin fiziki təzyiqinə məruz qalıb.

Təəssüf hissi ilə qeyd etməliyik ki, keçmişdə baş verən bənzər hadisələr bu oyunda da yaşanıb. Rəqib komandanın azarkeşləri ölkəmizin bayrağının yandırılmasına cəhd etsələr də, dərhal UEFA nümayəndəsi və “Apollon” klubunun rəhbərliyinə etiraz bildirilib və məsələyə müdaxilə etmələri tələb edilib. Bu tələbimizdən sonra qarşı tərəf bayrağımızın yandırılmasının qarşısını alıb. Bununla belə, bütün xəbərdarlıqlarımıza baxmayaraq, tribunalarda xoşagəlməz hadisələr davam edib.
 
“Apollon” azarkeşləri ölkəmizin atributlarını təhqir etməkdən çəkinməyib. Daim rəqibə, hakimlərə, azarkeşlərə hörmət prinsipini əsas tutan “Qəbələ” İK idman meydanlarında bu cür hadisələrin baş verməsinə qarşıdır. Bu səbəbdən avqustun 6-da keçiriləcək cavab oyununda azarkeşlərimizi təxribatlara uymamağa və yalnız komandamızı dəstəkləməyə çağırırıq”.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.