Bu gün Sabunçu rayonunda baş vermiş dəhşətli hadisənin təfərrüatları məlum olub.
Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Sülh küçəsi, ev 40, mənzil 94-də yaşayan 1971-ci il təvəllüdlü Mirzəyev aqil Nəriman oğlu atası, 1938-ci il təvəllüdlü Nəriman Mirzəyevi və anası 1941-ci il təvəllüdlü Tərlan Mirzəyevaya balta və bıçaqla çoxsaylı xəsarətlər yetirib. Daha sonra valideynlərinin öldüyünü düşünən A.Mirzəyev evi yandıraraq qaçıb. Qonşuluqda yaşayan şəxslər mənzildən tüstü qalxdığını müşahidə edib və dərhal hüquq-mühafizə orqanlarına məlum verilib. Həmçinin evdə ağır vəziyyətdə olan şəxslər təcili tibbi yardım maşını ilə 3 saylı Şəhər Xəstəxanasına aparılıb. Ağır vəziyyətdə olan ahıllar reanimasiyaya yerləşdirilib.
A.Mirzəyev isə polis əməkdaşları tərəfindən saxlanılıb.
17:04 Ata-anasını öldürüb yandırdı
Bu gün Bakı şəhərinin Sabunçu rayonunda dəhşətli qətl hadisəsi törədilib. Sabunçu rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Bakıxanov qəsəbəsi, Sülh küçəsində, 271 saylı orta məktəbin yaxınlığındakı binada ruhi xəstə atasını və anasını qətlə yetirib. Həmin şəxs daha sonra evi yandıraraq qaçıb.