Azərbaycan Ordusunun əsgəri hərbçi yoldaşını yaralayıb.
APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.
Göyçay rayonundan hərbi xidmətə çağırılan, 19 yaşlı Orxan İlqar oğlu İsmayılov silahı boşaldan zaman ehtiyatsızlıqdan atəş açılıb və güllə onun əsgər yoldaşı, 19 yaşlı Fərid Sadıqova dəyib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya faktı təsdiqləyib. Onun sözlərinə görə, yaralı əsgər hospitala yerləşdirilib.
Qeyd edək ki, F. Sadıqov Goranboy rayonundan həqiqi hərbi xidmətə çağırılıb.