Türkiyənin baş naziri Recep Tayyip Erdoğan ölkənin NTV və Star telekanallarının ortaq yayımında canlı efirə çıxaraq gündəmdəki sualları cavablandırıb.
525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, çoxlu mövzularla bağlı verilən sualları cavab verən baş nazirə, nədənsə, son günlər sosial mediada ən çox müzakirə edilən "Mühteşem Yüzyıl" serialı haqqında sual verilməyib.
Ərdoğanın "Biz belə Qanuni tanımadıq, onun 30 ili at üstündə keçib. Mən o serialı çəkənləri və televiziya yayımçılarını qınayıram" deyərək tənqid etdiyi serial Starda yayımlansa da, baş nazirə sual ünvanlayan jurnalistlərin heç biri bu barədə ona sual vermədi. Diqqətdən qaçmayan bu hadisə tvitterdə etiraz dalğası yaradıb.