“Dünya Gəncləri Dostluq və Dayanışma Dərnəyi” Azərbaycan tələbə və məzunlar işbirliyi ilə , “Azərbaycan Mədəniyyət evi və Dayanışma Dərnəyi” YUNESKO-nun İOV (Beynəlxalq Dünya Yaradıcılıq Təşkilatı) Azərbaycan bölməsinin təmsilçisi Minarə Quliyevanın təşkilatçılığı ilə, Türkiyənin Ankara və İzmir şəhərlərində dünya azərbaycanlılarının həmrəylik gününə həsr olunmuş iki solo konsert proqramı keçiriləcək.
525.az-ın məlumatına görə, birinci konsert dekabrın 28- də Ankarada Qazi Universitetinin akt zalında, ikinci konsert isə İzmirdə Dr. Selahettin Akçıçiçek Kültür Mərkəzində baş tutacaq. Konsertdə II Beynəlxalq Muğam Müsabiqəsinin və VII Beynəlxalq Sounds of Eurasia Festivalının qalibi Aytən Məhərrəmova çıxış edəcək. Xanəndəni gənc musiqiçilər tarda Ədalət Behbudov, kamançada Pərviz Fərhadov, nağarada Əlipaşa Talıbov müşaiyət edəcəklər. Konsertdə həmçinin istedadlı rəqqas Tahir Eynullayev milli rəqslərlə çıxış edəcək.
GÜNEL