Avqust ayının sonunda Avstriyanın paytaxtı Vyanada Balkan ölkələrinin rəsmilərinin görüşündə Monteneqronun Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinə qoşulması məsələsi müzakirə ediləcək.
Bu barədə “APA-Economics" Monteneqronun "Dnevne Novine" gündəlik qəzetinə istinadən xəbər verir.
Qəzet yazır ki, Monteneqro üçün TAP boru kəmərinin əhəmiyyəti olduqca böyükdür: "TAP - ucuz enerji mənbəyidir. Bu layihə asanlıqla Monteneqronun sənaye və ev təsərrüfatına yol açacaq".
Nəşrin yazdığına görə, istər Monteneqro, istər digər Balkan yarımadasının ölkələri kəmərin tikintisində maraqlıdırlar.