|
|
|
|
“Gələn il üçün məhsul və xidmətlərdə hər hansı qiymət dəyişikliyi məsələsi Tarif Şurasının gündəmində deyil”.
Bu sözləri Modern.az-a açıqlamasında İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev deyib. O, bildirib ki, Tarif Şurası kollegial orqan olduğundan belə məsələləri də kollegial qaydada müzakirə edilir.
“Hələ ki, Tarif (qiymət) Şurasının müzakirələrində belə bir məsələ yoxdur”-deyən nazirlik rəsmisinin sözlərinə görə, bu gün məhsul və xidmətlərdə hər hansı qiymət dəyişikliyi məsələsi gündəmdə deyil.