https://525.az/img/pics/medium/2024-04/311395_vptuc1dqol.jpg “525-ci qəzet”in 26 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311278_p19wpbj2do.jpg "Məktəblinin dostu": uğurlu təşəbbüs, faydalı addımlar
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2023-04/264913_2ykhis7lo6.jpg 42 illik ömrün ictimai uğurları və şəxsi faciələri - Misir Mərdanov yazır
search
25 Aprel 2024

Respublika stadionunun qazonu rəngləndi

Respublika stadionunun qazonu rəngləndi

Tofiq Bəhrəmov adına Respublika stadionunda Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində bu gün keçiriləcək "Qarabağ" - "Yanq Boyz" matçına hazırlıq işləri tamamlanıb.

Qol.Az-ın Futbolinfo.az-a istinadən verdiyi məlumata görə, mərkəzi arenanın ot örtüyü oyuna hazır vəziyyətə gətirilib.

Lakin maraqlısı budur ki, qazonun bərbad vəziyyətdə olan yerləri yaşıl rənglə boyanıb.

Qeyd edək ki, Respublika stadionunda olduğu kimi, "Bakcell Arena"nın meydançası da FSM (Football and Sport Management) şirkətinə həvalə olunub. Bu şirkət ötən il bərbad vəziyyətdə olan 8-ci km qəsəbə stadionunun qazonunu da boyadığından millimizin Norveçlə oyununda (0:1) biabırçı mənzərə yaranmışdı. Həmin oyun zamanı meydanda yıxılan futbolçuların formaları yaşıl rəngə boyanıb.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.