|
|
|
|
2016-cı ilin ortalarında Polşa ərazisində ABŞ ordusunun ağır hərbi texnikasının yerləşdiriləcəyi iki hərbi baza yaradılacaq.
APA-nın “korrespondent.net”ə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin müdafiə naziri Tomaş Semonyak bildirib. “ABŞ bazaları üçün iki yeri müəyyənləşdirmişik. Onlardan biri Polşanın qərbində, ikincisi isə ölkənin şimal-şərqində olacaq”, - deyə nazir söyləyib.
T. Semonyak hərbi texnikanın təlimlərdə istifadə olunduqdan sonra bazada qalacağını deyib.