Qazaxıstan Hərbi Hava Qüvvələrinə məxsus «An-72» təyyarəsi qəzaya uğrayıb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, təyyarənin 7 nəfər ekipaj üzvü, 20 hərbçi, o cümlədən sərhəd xidməti direktorunun vəzifəsini icra edən polkovnik Turqanbəy Stmabəyov həlak olub.
Faciəli olay ölkənin cənubunda Şımkəntdə baş verib.
Mənbənin bildirdiyinə əsasən, təyyarə Astana-Şımkənt marşrutu üzər hərəkət edirmiş. Qəzadan sonra sağ qalan olmayıb.