Avqustun 24-28-dә ADA Universitetindә "Ali tәhsil müәssisәlәrinin müәllimlәri üçün 1-ci yay akademiyası" adlı tәlim proqramı keçirilib.
APA-nın mәlumatına görә, Tәhsil Nazirliyinin "Sabah qrupları" layihәsinin dәstәyi ilә ADA Universitetinin Tәhsilin İdarә Edilmәsi fakultәsi tәrәfindәn tәşkil olunan tәlimlәrdә ölkәnin ali tәhsil müәssisәlәrindәn 200-ә yaxın professor-müәllim heyәti iştirak edib.
Yay Akademiyası”nın əsas məqsədi iştirakçıların bir sıra sahələrdə, o cümlədən, yerlərdə daha uğurlu tədris prosesinin təşkili üçün müxtəlif müasir təlim-tədris üsüllarını və qiymətləndirmə meyarlarını səmərəli tətbiq etmə, elmi tədqiqatlar vasitəsi ilə pedaqoji fəaliyyəti təkmilləşdirmə üzrə bilik və bacarıqlarını artırmaqdır.
Bu gün tәlim proqramının bağlanış günündә müәllimlәrә sertifikatlar tәqdim olunub.