https://525.az/img/pics/medium/2024-03/308264_kym7092gvt.jpg “525-ci qəzet”in 29 mart sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2023-12/296969_e268vukrxl.jpg Böyük Qayıdış: uğurla gerçəkləşən taleyüklü proqram
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2023-09/284652_pdttwsp03a.jpg "Sıfırı yeddinin yanından silin..." - Lətif Şüküroğlu yazır
search
28 Mart 2024

“Qarabağ” “Fənərbaxça”nın qisasını aldı”

“Qarabağ” “Fənərbaxça”nın qisasını aldı”

“Qarabağ” ın vitse-prezidenti Tahir Gözəl İsveçrənin “Yonq- Boyz” klubuna qalib gələrək (3:0) Avropa Liqasının qrupuna vəsiqə qazandıqları oyundan sonra  jurnalistlərin suallarını cavablandırıb

Qol.Az-ın məlumatına görə, qələbə sevincini bölüşən klub rəsmisi digər məqamlara da toxunub

- “Qarabağ” ardıcıl ikinci dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Təəssüratlarınızı bilmək istərdik. 

- Deyə bilərəm ki, Azərbaycan klublarının avrokuboklarda oynadığı ən gözəl oyunlardan biri idi. Möhtəşəm qələbə münasibət ilə bütün "Qarabağ"lıları, ürəyi bizimlə döyünən hər kəsi təbrik edirəm. Biz üç il əvvəl bu komandanı keçə bilməyən "Fənərbaxça"nın da qisasını almış olduq. Vacib qələbə idi, çox sevinirik. Komandamız  gözəl oyun sərgilədi. Onlarla qürur duyuruq.

- “Qarabağ” qrup mərhələsindəki oyunları üçün Olimpiya stadionunu ehtiyyat arena kimi sifariş verə bilər? 

- Hazırkı məqamda bu suala cavab verə bilməyəcəm.

- Bəs, "Qarabağ" çempionat oyunlarını hansı arenada keçirəcək?

- Bu məsələ ilə bağlı hələ dəqiq heç nə yoxdur.

- Komandanız qrup mərhələsinə adladığı üçün  yeni transferlər olacaq?

- Bu dəqiqəyə belə bir planımız yoxdur. Komandamız yaxşı irəliləyir,  yeni futbolçular da komandaya uyğunlaşmaqdadır. Əfran İsmayılovu bu cür formada görmək bizi sevindirdi. Onun istedadı bizə məlum idi. Əfranın meydanda “şir” kimi mübarizə aparması mənə xüsusi zövq verdi.

- Futbolçuları mükafatlandıracaqsınızmı?

- Bizim standart mükafat siyasətimiz var. Onunla bağlı heç vaxt problemimiz olmayıb. Futbolçularımıza da lazımi mükafat verəcəyik. AFFA prezidenti  Rövnəq Abdullayev də  futbolçulara mükafat vəd etdi.

- Bu gün stadion tam dolmamışdı. Buna münasibətiniz necədir?

- Düzdür, stadionda tam dolmayan sektorlar var idi. Bunun da səbəbi avvəlki oyunlara nisbətən biletlərin bir az baha olması idi. "Qarabağ" artıq Avropaya uyğun futbol oynayır. Klubun məsrəflərini ödəmək üçün   sponsordan  başqa da gəlir yeri olmalıdır. Bunun üçün də biletlərin qiymətində cüzi dəyişiklik etdik. Bir qədər qiymətləri yüksəltdik. Bu addım azarkeşlərin stadiona gəlişinə təsir etdi. Amma hamımız kluba dəstək olmalıyıq. Böyük klub görmək istəyiriksə, azarkeşlər də bizə köməklik göstərməlidir. Qoy, “Qarabağ” üçün ürəyimiz döyünməklə yanaşı bir az da köməklik edək. 10-15 manatımızdan keçək ki, böyük bir kluba sahib olaq. Bu gün stadiona gəlməyənlər nəyi qaçırdıqlarını anlamış oldular.

-  "Qara bazar" amili də azarkeşlərin az olmasına səbəb ola bilərmi?  Çünki kassalardan alınan biletlər "qara bazar"da çox baha qiymətə satılır.

- Biz biletlərimizi stadionun kassalarında satırıq. Ondan sonrası bizim idarəçiliyimizdə deyil.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.