Nazirlər Kabineti “Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTAc-ın) işçilərinin əməyinin ödənilməsi şərtlərinin və ştat sayının tənzimlənməsi haqqında” qərarında dəyişiklik edib.
APA-nın məlumatına görə, dəyişiklik AzərTAc-ın xarici ölkələrdə çalışan xüsusi müxbirlərinin ümumtəhsil məktəblərində təhsil alan övladları ilə bağlıdır.
Qərara əsasən AzərTAc Xarici İşlər Nazirliyi və Maliyyə Nazirliyi ilə birlikdə AzərTAc-ın xarici ölkələrdə çalışan xüsusi müxbirlərinin ümumtəhsil məktəblərində təhsil alan övladlarının hər birinin aylıq təhsil haqlarının 500 dollarından çox olmayan hissəsinin dövlət büdcəsi hesabına ödənilməsi təmin etməlidir.
Bu qərar 2016-cı il 1 yanvar tarixindən qüvvəyə minir.