Son statistik məlumatlara əsasən, İranda 1,325 milyon nəfər narkotik asılılıqdan əziyyət çəkir.
Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Mehr" agentliyi Narkotiklərə Nəzarət Qərargahının Elmi-Araşdırma Mərkəzinin direktoru Həmid Səramiyə istinadən məlumat verir. Onun sözlərinə görə, bu, İran əhalisinin 2,65 faizini təşkil edir. Narkotikdən asılılığı olanların böyük əksəriyyəti 15-64 yaşları arasındadır.
İranın 31 əyalətində keçirilən araşdırmaya əsasən, 1,325 milyon narkotikdən asılılığı olan insandan 91 faizini kişilər, 9 faizini isə qadınlar təşkil edir.