Türkiyənin 8-ci prezidenti Turqut Özalın ölümü ilə bağlı iddialar gündəlikdəki yerini qoruyur.
525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bu gün keçmiş prezidentin oğlu Əhməd Özal mətbuat konfransı keçirib və arasının öldüyü günə dair bəzi fotoları mediaya təqdim edib.
Əhməd Özal atasının vəfat etdiyi gün xəstəxanaya yeriyərək girdiyini göstərən fotoların xəstəxanaya ölü olaraq gətirildiyinə dair ifadələrlə ziddiyyət təşkil etdiyini deyib: "Rəhmətlik vəfat etdiyi vaxt təcili yardım maşını yoxdu. Hacəttəpə Xəstəxanasına aparırlar, kimsə yoxdu. Atamın xəstəxanaya gəldiyi zaman ölmüş olduğunu bildirirlər. Amma bu foto atamın xəstəxanaya gələrkən sağ olduğunu göstərir. Ölmüş bir insan addım ata bilməz. Biri bunu mənə izah etsin". Keçmiş prezidentin oğlu atasının 3-4 saç telini də gələn həftə rəsmi dairələrə verəcəyini bildirib.