Azərbaycan prezidenti İlham Əliyevin dünən imzaladığı əfv sərəncamının icrası başa çatıb.
APA-nın məlumatına görə, bu gün səhərdən cəzaçəkmə müəssisələrində sərəncamın icrasına başlanılıb və bütün əfv olunan məhkumlar azadlığa buraxılıblar.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev dekabrın 26-da əfv sərəncamı imzalayıb. Sərəncam ümumilikdə 87 nəfərə şamil olunub. Onlardan 79 nəfəri cəzasının çəkilməmiş hissəsindən, 4 nəfər islah işləri cəzasının çəkilməmiş hissəsindən, daha 4 nəfər isə cərimə cəzasından azad edilib.
Əfv sərəncamı ilə cəzasının çəkilməmiş hissəsindən azad olunanlar arasında jurnalistlər Aydın Canıyev və Anar Bayramlı, hüquq müdafiəçiləri Vidadi İsgəndərli və Taleh Xasməmmədov, AXCP-nin təşkilat şöbəsinin müdiri Şahin Həsənli də var.
Bundan başqa, İran, Türkiyə, Gürcüstan, Nigeriya, Banqladeş vətəndaşları da cəzalarının çəkilməmiş hissəsindən azad olunublar.