Ermənistan prezidenti Serj Sarkisyan Nyu-Yorkda ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Pyer Andryu (Fransa) və Ceyms Uorliklə (ABŞ) görüşüb.
Modern.az saytının Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik də iştirak edib.
Görüşdə ATƏT-in Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi və danışıqların hazırkı mərhələsi müzakirə edilib.
Son zamanlar cəbhə xəttində atəşkəs rejiminin mütəmadi olaraq pozulması hallarına da toxunulub.