"Montreux jazz festivalı"nın qalibi, əməkdar artist "Zirvə" dövlət mükafatının laureatı İsfar Sarabski Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək.
"Report" xəbər verir ki, konsert noyabrın 1-də keçiriləcək.
Konsertdə İsfar Sarabski və caz qrupunun ifasında caz kompozisiyaları ifa ediləcək.
Noyabrın 1-də saat 20.00-də başlanacaq konsertin biletləri artıq satışa çıxarılıb.