“525-ci qəzet”in 29 mart sayında nələr var? - ANONS
Böyük Qayıdış: uğurla gerçəkləşən taleyüklü proqram
Çaparaq notlar - Firuz Mustafa yazır
"Sıfırı yeddinin yanından silin..." - Lətif Şüküroğlu yazır
Haqqımızda
|
Əlaqə
|
Mobil versiya
|
Köhnə 525
|
Əsas səhifə
Bütün xəbərlər
Siyasət
Sosial
İqtisadiyyat
Region
Mədəniyyət
İdman
Dünya
Qarabağ
Ədəbiyyat
Digər
Şəhidlər-qazilər
"525" - 30
Müsahibə
Rəsmi
Şou-biznes
525-ci qəzetə yubiley təbrikləri
"525" - 25
Faydalı
Media
Turizm
Maraqlı
Təhsil
Texnologiya
Haqqımızda
Əlaqə
Son xəbərlər
29 Mart 2024
11:00
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:54
Nyu-York birjasında təbii qaz bahalaşıb
10:48
Lavrov Paşinyanı Rusiya ilə münasibətləri pozmaqda ittiham edib
10:42
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayır -
VİDEO
10:36
Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıb
10:31
Xırdalanda partladıcı və qumbaralar tapılıb
10:25
Nazir Səudiyyə Ərəbistanında "KAUST" və "ACWAPower" şirkətlərinin rəhbərləri ilə görüşüb
10:22
Tanınmış arxeoloq Tufan Axundov vəfat edib
10:19
Dünya bazarlarında neft bahalaşıb
10:13
Sabirabadda avtomobil at arabasına çırpılıb -
xəsarət alanlar var
10:07
Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri
10:00
"Le Figaro"nun yazısı
Makronun çətin vəziyyətə düşdüyünü göstərir
09:54
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
09:48
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:42
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:36
"Ermənistan KTMT-dəki iştirakını dondurub" -
Simonyan
09:31
Ucarda məktəb binasında yanğın olub
09:25
Bakıda sıxlıq müşahidə olunan yollar -
SİYAHI
09:19
Jurnalist İdrak Camalbəyli Ukraynada vəfat edib
09:13
Azərbaycan neftinin qiyməti 89 dolları ötüb
09:07
Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb
09:00
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb
28 Mart 2024
23:29
Myanmada 2 nəfər yandırılaraq edam edib
23:14
Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub
22:14
“Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın” -
DİN
22:00
“525-ci qəzet”in 29 mart sayında nələr var? -
ANONS
21:04
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
20:09
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
20:00
Böyük Qayıdış:
uğurla gerçəkləşən taleyüklü proqram
19:12
"Crocus"dakı terror aktı ilə bağlı daha bir şübhəli saxlanılıb
19:00
Çaparaq notlar -
Firuz Mustafa yazır
18:47
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
18:40
Türkiyədən ilhamlanmış "Beynəlxalq Sıfır Tullantı Günü" ilə tullantısız gələcək
18:22
AYNA taksilərlə bağlı tələblərə aydınlıq gətirib
18:12
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı
18:00
"Sıfırı yeddinin yanından silin..." -
Lətif Şüküroğlu yazır
17:53
ABŞ-də bıçaqlı hücum:
4 ölü, 5 yaralı
17:50
Terror, şər qüvvələr və dağıdıcı mərkəzlər
17:46
Azərbaycanda sərnişin avtobuslarına rəng tələbi qoyulub
17:33
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:25
Azərbaycanın sığorta bazarı 8 % böyüyüb
17:20
Almaniya Ukrayna ordusuna 10 min artilleriya mərmisi verəcək
17:20
Prezident Rəşad Məcidi
təltif etdi
17:00
Beynəlxalq və milli səviyyədə qeyd edilən Elm Günü
16:56
Azərbaycanda taksilər ağ və yaxud qırmızı rəngdə olacaq
16:53
ADY FHN ilə birlikdə növbəti praktiki təlim keçirib -
VİDEO
16:42
Tunis sahillərində batan gəmidən 663 miqrant xilas edilib
16:27
Finlandiya Rusiya ilə bağlı xəbərdarlıq edib
16:18
Dövlət İmtahan Mərkəzi auditor seçir
16:12
Latviya XİN rəhbəri istefa verdi
16:00
Sinan Səid
15:54
Bolqarıstanda növbədənkənar parlament seçkiləri keçiriləcək
15:45
DTX - təhlükəsizliyimizin keşikçisi və qürur yerimiz
15:40
Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
15:26
Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib
15:13
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun dəyişib
15:00
DAİM GƏLƏCƏKDƏ OLA BİLMƏYİN SADƏ SƏBƏBİ -
Rafael Hüseynov yazır
14:54
Millimizin baş məşqçisi:
Komandamızın səviyyəsini gördük
14:50
Qərbin Cənubi Qafqazda ikinci Ukrayna ssenarisi
14:44
Kolumbiya argentinalı diplomatlar deportasiya edəcək
14:32
İrlandiya İsrailə qarşı soyqırım işinə müdaxilə etməyə hazırlaşır
14:23
Yeni Kaledoniyada Fransa müstəmləkəçiliyinə qarşı növbəti etiraz -
Azərbaycan bayrağı qaldırılıb
14:13
ABŞ-də körpü çökdü:
6 ölü
14:00
Qohum evliliklər
13:57
“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb
13:54
Salyanda məktəb direktoru işdən çıxarılıb
13:48
Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib
13:42
Gənc Tamaşaçılar Teatrı aprel repertuarını təqdim edib
13:36
Bakı meriyasında müşavirə keçirilib -
direktora şiddətli töhmət verilib
13:31
Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunub
Son xəbərlərin davamı »
Dünyanın ən ucaboylu karliki
(hekayə)
Yazar
Oxunub:
2466
dəfə
a
-
A
+
31.12.12 16:53
Kamal ABDULLA
ADU-nun rektoru, Xalq yazıçısı
Elə
bu
zaman
Şişman
Hənifə
qəfildən
söhbətə
müdaxilə
etdi
:
–
O
,
dünyanın
ən
ucaboylu
karliki
idi
.
Yəni
,
karliklərin
arasında
ən
ucaboylusu
idi
.
Özü
bunu
bir
dəfə
mənə
fəxrlə
demişdi
.
Mənim
qəribəmə
gəlsə
də
,
məclisdəkilər
yerlərindəcə
dəbərib
bir
-
birilə
baxışdılar
və
başlarını
tərpədə
-
tərpədə
onunla
razılaşdılar
. “
Olar
,
olar
,
niyə
də
olmasın
?!”
Elə
bil
,
hətta
rahat
-
rahat
köks
də
ötürdülər
.
Pis
səslənmirdi
: “
karliklər
arasında
ən
ucaboylusu
...”
Mən
isə
başqa
şeyə
mat
qalmışdım
.
Onların
bu
məqamda
belə
asanlıqla
Karlik
Babacanı
“
satacaqlarına
”,
bu
cür
“
ayağa
verəcəklərinə
”,
açığını
deyim
ki
,
inanmazdım
. “
Karlik
”
sözünə
gətirirəm
.
Sağlığında
ona
bu
sözlə
heç
vaxt
və
heç
kim
müraciət
etməmişdi
.
Yanında
bu
sözü
ağzına
alan
olmamışdı
.
Heç
kimin
ağlına
gəlməzdi
.
Çünki
o
,
bizim
uşaqlıq
dostumuz
idi
,
biz
isə
o
zaman
dostumuzu
boy
-
buxununa
görə
seçmirdik
.
Amma
bəlkə
də
yemək
masasının
ətrafında
oturanları
“
ən
ucaboylu
”
sözündəki
müsbət
məna
çaları
çaşdırmışdı
.
Əlbəttə
,
başqa
cür
ola
bilməzdi
,
bu
elə
beləydi
ki
,
vardı
.
Yas
məclisində
,
dəyirmi
masanın
ətrafında
oturub
,
möhkəm
yeməkdən
sonra
çay
və
qəhvə
içən
bu
adamlar
,
yəni
,
biz
Babacanın
ən
yaxın
altı
dostu
idik
.
Hərdənbir
siqarasının
gur
tüstüsünü
enli
burun
pərlərindən
və
ağzından
parovozun
bacasından
çıxan
ağ
düman
kimi
püfüldəyib
tavana
buraxan
Şişman
Hənifə
,
əslində
,
siqar
çəkməkdən
çox
bizim
altımıza
da
acıq
verirdi
.
Mən
,
belə
baxanda
,
özümə
bunların
yaxın
dostu
deməzdim
,
çünki
ayda
,
ildə
bir
dəfə
,
toyda
,
ya
da
bu
günkü
kimi
yasda
onlarla
görüşmək
imkanım
olurdu
,
mən
bunlar
üçün
artıq
yaxın
tanış
idim
.
Babacanın
da
yaxını
idim
,
vəssəlam
.
Uşaqlığımız
bir
yerdə
keçsə
də
,
gəncliyimiz
bir
-
birindən
sərt
şəkildə
ayrılmışdı
.
Seyid
Qəmbərdən
başqa
,
Seyid
Qəmbər
istisna
idi
.
Mən
bu
yas
məclisinə
həm
Babacanın
,
həm
də
mənim
indiyənə
qədər
“
şərikli
”
dostumuz
sayılan
Seyid
Qəmbərlə
bir
yerdə
gəlmişdim
.
Onunla
küçədə
təsadüfən
görüşdük
, “
xoş
-
beş
,
on
beş
...”
–
Nə
var
,
nə
yox
? –
Mən
soruşdum
.
Seyidi
xeyli
vaxt
idi
,
görmürdüm
.
–
Heç
... –
Seyid
cavab
verdi
.
–
Hara
belə
?
–
Sənin
bəs
xəbərin
yoxdu
?
–
Nədən
,
noolub
ki
?..—
Məni
maraq
götürdü
.
–
Hə
,
deməli
sən
bilmirsən
... –
Seyid
mənim
sözümün
səmimiyyətinə
inandı
. –
Karlik
Babacan
üç
gün
əvvəl
ölüb
,
bu
gün
evində
məclis
var
,
üçüylə
yeddisini
birləşdiriblər
.
Mən
xeyli
təəccübləndim
və
təbii
ki
,
hayıfslandım
.
Necə
olub
ki
,
mənim
xəbərim
olmayıb
:
–
Yox
,
mən
axı
Montində
oluram
,
xəbər
tutmamışam
.
Nəyiydi
bunun
,
ay
yazıq
...
qırx
yaşı
təzəcə
tamam
olmuşdu
ki
...
–
Montində
olmağın
bura
nə
dəxli
var
?! –
İndi
də
Seyid
mənim
“
izahatıma
”
yüngülcə
əsəbiləşdi
. –
Gedirsən
,
gedək
bir
yerdə
.
Uşaqlar
hamısı
olacaq
.
Orda
söhbət
elərik
.
–
Gedək
,
gedək
.
Mənim
ki
,
bir
işim
yoxdu
,
evə
gedirdim
.
Uşaqları
da
çoxdandı
,
görmürəm
.
“
Uşaqlar
”
dediyim
haman
bizim
bu
dost
,
tanışlarımız
idi
.
Hamımız
bir
məhlədən
çıxmışdıq
.
Uşaqlığımız
Təzə
Pirin
altındakı
o
birmərtəbəli
məhlədə
keçmişdi
.
Sonra
hərə
bir
tərəfə
dağıldı
.
Kimsə
kiminləsə
daha
tez
-
tez
görüşdü
,
kimsə
dostdan
yaxına
,
tanışa
çevrildi
,
kimsə
o
birilər
barədə
artıq
özündən
yox
,
kimdənsə
xəbər
aldı
–
bütün
bunlar
qocalmağa
doğru
gedən
yolun
çox
təbii
bir
qanunu
idi
.
Karlik
Babacanın
evi
elə
bu
həndəvərdə
idi
,
yolu
irəlidən
sağa
burulub
çatacaqdıq
.
Yol
gedə
-
gedə
qəflətən
ürəyim
sıxılmadımı
,
sıxıldı
.
Üzümə
diqqətlə
baxıb
Seyid
Qəmbər
narahat
oldu
:
–
Nooldu
sənə
,
rəngin
ağaran
kimi
oldu
...
–
Heç
...
Heç
.
Təsir
elədi
mənə
bunun
ölümü
... –
Mən
cavab
verdim
.
Biz
addımlarımızı
yeyinlətdik
.
...
Şişman
Hənifə
ümumi
sükut
içində
sözlərini
təkrar
etdi
:
–
Elədir
ki
,
var
.
Karliklərin
ən
ucaboylusuydu
.
İçmişdi
,
özü
bunu
mənə
dedi
.
Şişman
Hənifə
yenə
bir
topa
bulud
kimi
tüstünü
içinə
çəkmədən
eləcə
ağzının
ucundan
çölə
püflədi
.
Sonra
xeyli
çoxbilmiş
və
mənalı
baxışla
məclisdəkiləri
bir
-
bir
süzərək
barmağıyla
siqaranın
enli
gövdəsini
ehtiyatla
taqqıldadıb
külünü
qabağındakı
külqabıya
tökdü
.
Keçəl
Bağır
əli
ilə
tüstünün
ona
tərəf
gələ
-
gələ
əyilib
-
düzələn
parçasını
qovalamaq
istədi
,
əli
havada
yellənə
-
yellənə
qaldı
,
bir
parça
tüstü
Keçəlin
barmaqları
arasından
yol
eləyib
zorla
da
olsa
özünü
onun
ağzına
,
burnuna
dürtdü
.
–
Öhö
,
öhö
...
dedik
axı
,
bunu
çəkirsən
,
çıx
balkona
çək
.
Boğdun
sən
bizi
ki
...
Şişman
Hənifə
Keçəl
Bağırın
ona
ünvanlanmış
sözlərini
vecinə
aldımı
,
almadı
,
elə
bil
,
ona
yox
,
boşluğa
deyilirdi
bu
sözlər
.
–
Balkon
soyuqdu
.
Qış
,
elə
bil
,
birdən
,
qəflətən
girdi
... –
Bu
sözləri
isə
Ağaqulu
dedi
.
Onun
da
öz
ləqəbi
vardı
.
Onun
ləqəbi
“
Cırtdan
”
idi
.
Məncə
,
Ağaqulu
Karliki
“
satmaqlarına
”
peşman
olan
birinci
adam
oldu
.
Bu
,
onun
üz
-
gözündən
bilindi
.
Üzünü
yana
tutub
Şişman
Hənifə
tərəfə
baxmaq
da
istəmirdi
.
Şişmanın
yanında
oturmuş
Zümzümə
Mərifət
isə
başını
bulaya
-
bulaya
:
–
Kimə
deyirsən
?
Sən
bunu
tanımırsan
? –
dedi
və
durub
stulunu
Şişmandan
uzaqlaşdırdı
.
Şişman
yalnız
sırtıq
-
sırtıq
,
səssizcə
irişdi
.
Ləqəblərə
gəlincə
.
Bu
ləqəblərin
heç
biri
həqiqətə
uyğun
deyildi
.
Təkcə
Karlik
Babacanınkından
başqa
.
Babacan
isə
,
həqiqətən
,
karlik
idi
.
Özü
də
sirkdə
işləyirdi
.
Ağlaya
-
ağlaya
güldürməyin
mükəmməl
ustası
idi
.
O
biri
ləqəblər
,
əslində
,
əksinə
effekt
yaratmaq
üçün
qoyulmuşdu
.
Uşaqlıq
dövrünün
qəribəlikləri
sayıla
bilərdi
.
Ağılsıza
ağıllı
,
gücsüzə
güclü
,
kifirə
gözəl
deyərdik
və
düşünməzdik
ki
,
axı
bu
ləqəblər
paltar
kimi
dəyişən
deyillər
,
onlar
xal
kimi
,
bədən
ləkəsi
kimi
bu
adamın
canına
əbədilik
yapışacaq
və
onunla
bir
yerdə
həyat
yolu
ilə
addımlaya
-
addımlaya
gedəcəklər
.
Şişman
heç
də
kök
birisi
deyildi
.
Yeməkdə
hamımıza
“
fora
”
verərdi
,
amma
heç
kökəlməzdi
.
Keçəl
Bağırın
indinin
özündə
cod
saçının
gurluğu
məncə
hamımızın
çoxdandan
qibtə
yerinə
çevrilmişdi
.
Cırtdan
”
dediyimiz
Ağaqulu
isə
nəhəng
birisi
idi
.
Əyninə
alacağı
paltarı
mağazalardan
asanlıqla
tapmırdı
.
Seyid
Qəmbər
seyid
-
zad
deyildi
,
onun
ləqəbi
də
sonrakı
vaxtın
,
artıq
gənclik
illərinin
yadigarı
kimi
qalmışdı
.
Eləcə
gəncliyində
bir
dəniz
araq
içəndən
sonra
birdən
-
birə
içkini
tərgitdi
və
namaz
qılmağa
başladı
.
Biz
də
adını
dəyişib
onu
“
Seyid
”
çağırmağa
başladıq
.
Zümzümə
Mərifət
aramızda
ucadan
,
bəlağətli
danışan
idi
.
Məclisdə
,
toyda
,
nişanda
nitq
deyənimiz
o
idi
,
ya
özü
qabağa
düşürdü
,
ya
da
biz
onu
qabağa
verirdik
.
Elə
danışırdı
ki
,
elə
bil
,
qışqıra
-
qışqıra
nərə
çəkir
.
Zümzümə
...
Mərifət
...
Sözün
və
mahiyyətin
üzbəüz
duruşundakı
gözəlliyə
fikir
verdinizmi
?
Niyə
belə
edirdik
,
bu
ləqəblər
bizim
həyatımıza
niyə
və
necə
girirdi
–
bunu
demək
,
əlbəttə
ki
,
çətindi
.
Niyə
biz
bir
-
birimizi
olduğumuz
əndazədə
,
görkəmdə
görə
bilmirdik
,
bəlkə
görmək
istəmirdik
–
bunu
demək
isə
mümkün
deyildi
.
Hər
ləqəbin
arxasında
böyük
bir
formalaşma
və
cilalanma
tarixçəsi
dururdu
,
bu
qəti
belə
idi
.
Mənim
də
ləqəbim
vardı
.
Mənim
ləqəbim
Məcnun
idi
.
Niyə
–
bilmirəm
.
Əslində
,
bilirəm
.
Qızlara
tez
-
tez
vurulurdum
–
ondan
.
Qonaq
otağında
uzun
(
bir
az
əvvəl
,
deyəsən
,
dəyirmi
demişdim
...
nə
isə
,
eybi
yoxdu
,
üstündən
bu
qədər
vaxt
keçib
,
üzürlü
sayıla
bilər
)
yemək
stolunun
ətrafında
yas
mərasiminə
yığışmış
bu
adamlar
,
yəni
,
biz
,
bayaq
dediyim
kimi
,
mərhum
Karlik
Babacanın
kimi
yaxın
,
kimi
uzaq
uşaqlıq
dostları
idik
.
Yeməyi
təzəcə
bitirib
çaya
keçmişdik
.
Söhbət
bütün
yas
məclislərində
olan
kimi
ordan
-
burdan
,
adda
-
budda
mövzuların
həndəvərində
dolaşıb
gedirdi
.
Vaxtaşırı
heç
nədən
,
tamamilə
əlaqəsiz
olaraq
(
əslində
isə
,
çox
adi
qabiliyyət
bunun
belə
olmasını
tələb
edirdi
),
mərhum
Karlik
Babacan
gəlib
yadımıza
düşürdü
,
bu
zaman
bizlərdən
kimsə
gözünü
qaldırıb
otağın
yuxarı
başında
divarın
uca
yerində
Karlikin
asılmış
şəklinə
baxır
,
canyananlıqla
“
Allah
rəhmət
eləsin
sənə
,
ay
Babacan
,
səndən
yox
idi
...”
deyir
,
sonra
hamı
bu
sözləri
hayıfsılana
-
hayıfsılana
təkrar
edir
,
beləcə
,
söhbət
edə
-
edə
biz
,
Seyid
Qəmbərin
sözü
olmasın
, “
plastinkanı
dəyişirdik
”,
yəni
,
mövzunu
təzələyirdik
.
Qəribə
idi
,
Karlik
Babacanın
divardan
baxan
şəkli
çox
canlı
idi
,
ucları
yuxarı
burulmuş
bığları
,
elə
bil
,
tərpənirdi
,
qaşları
alnına
doğru
qalxıb
çatılırdı
,
xallı
burnunun
ucu
tərləyirdi
.
Bir
-
birinin
lap
yanında
yerləşmiş
iki
alov
dili
kimi
oynayan
gözlərinin
dərin
yerindən
hərdən
bic
təbəssüm
,
hərdən
isə
ümidsiz
kədər
boylanırdı
.
Şəkil
elə
bir
dəqiq
nöqtədən
çəkilmişdi
ki
,
guya
o
da
xeyli
maraqla
yuxarıdan
bizim
söhbətimizə
qulaq
asır
.
Birdən
Keçəl
Bağır
Karlikin
şəklinə
başı
ilə
işarə
edib
məclisə
müraciətlə
belə
dedi
:
–
Ona
bax
,
ona
bax
,
gör
qulaqlarını
necə
şəkləyib
bizə
qulaq
asır
.
İndi
gəlib
sənin
bu
yalanını
üzünə
çırpar
,
onda
görərsən
...
O
bu
sözləri
Babacandan
,
guya
ki
,
məzəli
bir
hadisə
danışan
və
bu
zaman
gözləri
bic
-
bic
gülən
Şişman
Hənifəyə
müraciətlə
dedi
.
Şişman
Hənifənin
danışdığı
“
məzəli
”
hadisə
isə
bundan
ibarət
idi
.
–
Siz
bilirdiz
ki
,
bu
Babacan
, –
Hənifə
geriyə
çevrilmədən
əli
ilə
arxasındakı
şəklə
işarə
etdi
, –
hər
gecə
yerinə
girəndən
sonra
gözünə
yuxu
gedənəcən
bir
-
iki
dəqiqə
zır
-
zır
ağlayırmış
?
Sirkdəki
ağlamaqdan
yox
eee
,
həqiqətən
ağlayırmış
.
Özü
mənə
danışıb
.
İçmişdi
bəlkə
də
...
hə
,
yaman
çox
içmişdi
,
ondan
çıxmayan
iş
...
ağzına
gələni
danışırdı
.
Bilmirəm
,
niyə
dedi
,
amma
dedi
,
elə
olur
,
gözümdən
yaş
krantdan
su
kimi
gəlir
.
Amma
sən
Allah
,
heç
kim
bilməsin
. –
Sözünün
bu
yerində
Hənifənin
gözləri
işıldadı
.
Biz
bir
-
birimizin
üzünə
baxdıq
,
tezcə
də
başımızı
yerə
dikdik
.
Zümzümə
Mərifət
istədi
onun
sözünü
kəsə
, “
bəlkə
valı
dəyişək
?”
dedisə
də
,
olmadı
.
Şişman
ona
məhəl
qoymadı
,
mərdiməzar
idi
,
hökmən
deyəcəklərini
deyəcəkdi
.
O
,
davam
etdi
:
–
Sözümü
kəsmə
,
maraqlı
söhbətdi
...
Siz
heç
onu
piyan
görmüşdüz
,
yox
,
görməmişdiz
.
Mən
isə
görmüşəm
.
Ay
Hənifə
,
toyumun
birinci
gecəsidi
,
deyirdi
,
yanıma
bir
azdan
arvad
gəlib
girəcək
,
məni
yenə
gic
ağlamaq
tutub
.
Özümü
heç
cür
saxlaya
bilmirəm
.
Yorğanı
da
çəkmişəm
başıma
,
ancaq
hıçqırıram
.
Bu
da
ki
, –
Şişman
Hənifə
gözü
ilə
otaqdan
o
tərəfə
,
mətbəxə
,
yəni
,
Karlikin
arvadı
olan
tərəfə
işarə
elədi
, –
soyunub
,
bəzənib
-
düzənib
gəlib
yatağın
lap
yanında
...
çaşıb
qalıb
,
başa
düşə
bilmir
ki
,
yorğan
altından
bu
hıçqırıq
nədi
,
niyədi
,
heç
nə
başa
düşmür
...
Neyləyim
,
neyləməyim
,
dişimi
sıxdım
dişimə
,
özümü
yığışdırıb
birtəhər
ələ
aldım
,
yorğanı
üstümdən
atdım
,
yorğanın
altinda
da
ki
,
lütünəquluyam
,
başladım
bərkdən
hırtıldamağa
,
guya
,
elə
bayaqdan
gülürəm
.
Ağlamaqdan
hırtıldamağa
keçmək
,
özün
bilirsən
,
asan
bir
şeydi
mənimçün
.
Elə
böyük
fərqi
də
yoxdu
buların
.
Arvad
elə
bildi
,
mən
bayaqdan
gülürəm
,
bir
mənə
baxdı
,
bir
mənim
boyuma
-
buxunuma
baxdı
,
o
da
başladı
gülməyə
.
Amma
,
əslində
,
o
ağlamalı
idi
,
Hənifə
,
o
,
gül
kimi
arvad
,
vücudunu
,
elə
bil
,
mərmərdən
töküblər
–
boyu
,
buxunu
...
mənim
nəyimə
gəlmişdi
?!
Nədi
,
nədi
,
kiməsə
bəlkə
acıq
vermək
lazımmış
.
Nə
qədər
soruşdum
,
demədi
–
kimə
.
Qərəz
...
Bir
müddət
evliliyimizdən
keçdi
,
Karlik
dedi
,
artıq
gecələr
mənə
ağlamaq
tez
-
tez
yox
,
hərdən
gəlir
.
Gələndə
o
da
,
yəni
,
bu
da
–
Şişman
yenə
Karlik
Babacanın
arvadı
tərəfə
işarə
elədi
,-
mənimlə
bir
yerdə
başlayır
zır
-
zır
ağlamağa
.
Bu
niyə
ağlayır
–
inanırsan
bir
dəfə
soruşmamışam
,
özü
də
demir
.
Soruşmaram
.
Könül
birliyi
ki
,
demirlər
,
bəlkə
bu
elə
odu
,
hm
?!
Karlikin
dediyi
sözlərdi
,
mən
ölüm
.
Şişman
Hənifə
susdu
.
Masanın
ətrafında
oturanların
heç
birindən
səs
çıxmadı
.
Biz
hamımız
pərt
olmuşduq
.
Karlik
bu
sözləri
Şişmana
demişdisə
də
sirr
kimi
demişdi
,
o
isə
indi
bu
sirri
faş
edirdi
.
Ortalığa
namünasib
sükut
çökdü
.
Mətbəx
tərəfdə
bu
zaman
milçək
uçsaydı
,
biz
onun
səsini
eşidərdik
.
...
Şişman
Hənifə
Keçəl
Bağırın
sözlərini
eşidib
əvvəlcə
duruxdu
,
sonra
isə
hətta
diksindi
.
Diksinməsinə
səbəb
Bağırın
sözləri
olmadı
,
həmən
o
hadisə
oldu
.
Sonralar
bunu
heç
cür
unuda
bilməyən
və
dəfə
-
dəfə
müxtəlif
tədbirlərdə
yada
salan
məclis
əhlinə
məlum
o
məşum
hadisə
də
elə
bu
zaman
baş
verdi
.
...
Və
elə
bu
zaman
o
hadisə
baş
verdi
.
Karlik
Babacan
nə
mənə
,
nə
sənə
,
bir
göz
qırpımında
divardakı
öz
şəklinin
içindən
atdanıb
düşdü
yerə
,
qaça
-
qaça
gəldi
Hənifənin
yanına
,
bacardığı
qədər
yuxarı
tullanıb
onun
üzünə
tüpürmədimi
,
tüpürdü
.
Biz
ancaq
“
tfu
sənin
abırsız
,
satqın
üzüvə
!”
sözlərini
güclə
eşitdik
.
Yenə
bir
göz
qırpımında
Karlik
artıq
qaça
-
qaça
gedib
divardakı
şəklinin
içinə
atdanıb
girmişdi
,
ordan
bizə
qaşlarını
çatıb
bayaqkı
maraqla
baxmağına
davam
edirdi
.
Həm
maraqla
baxırdı
,
həm
də
,
elə
bil
,
heç
nə
baş
verməmişdi
.
–
Mən
dedim
sizə
,
siz
inanmadız
.
Dedim
mən
,
indi
gəlib
bunun
üzünə
tüpürəcək
?
Dedim
,
demədim
? –
Keçəl
Bağır
altdan
-
altdan
bizi
süzüb
yorğun
və
məmnun
bir
halda
bayaqkı
sözlərini
təkrar
etdi
.
Hamımız
mat
-
məəttəl
qalmışdıq
.
Dinib
danışan
yox
idi
.
Şişman
Hənifə
əlini
atıb
dəsmalını
cibindən
elə
çıxartdı
ki
,
elə
bil
,
tapança
çıxarır
və
indi
Karlikin
şəklini
nişan
alıb
vuracaq
.
Əvvəlcə
tərs
-
tərs
çönüb
şəklə
tərəf
baxdı
və
sonra
dəsmalla
üzünü
silməyə
başladı
.
Sildi
,
sildi
,
birdən
ayağa
qalxdı
.
Artıq
biz
də
oturmaq
həvəsində
deyildik
.
Hər
kəs
yerindən
durdu
.
Getməyimiz
məsləhət
idi
.
Otağın
havasından
gərginlik
qılınc
kimi
sallanmışdı
.
Rəhmətliyin
arvadı
boynunu
burub
əlləri
qoynunda
ağır
-
ağır
bayır
qapının
ağzına
gəldi
.
Biz
evdən
bir
-
bir
çıxdıqca
ona
başsağlığı
verməyə
başladıq
.
Zümzümə
Mərifət
bəlkə
də
birinci
dəfəydi
ki
,
uzun
danışa
bilmədi
.
Səsi
də
xeyli
yavaşdan
çıxırdı
.
Sıxıla
-
sıxıla
dedi
:
–
Sən
ki
,
bilirsən
,
o
bizə
qardaş
kimi
idi
.
Allah
səbr
versin
,
sənin
özünə
də
Allah
ürəyincə
versin
.
Onun
əziyyətini
çox
çəkdin
...-
Mərifət
udqundu
.
Babacanın
arvadı
Mərifətin
pauzasından
istifadə
elədi
,
ürəyində
sözü
varmış
:
–
Sağ
olun
,
hamınız
çox
sağ
olun
.
Sizinlə
nəfəs
alırdı
.
Allah
sizinkilərə
də
rəhmət
eləsin
.
Əziyyət
çəkdiniz
... –
Karlikin
arvadı
,
həqiqətən
,
qəm
və
kədər
mücəssəməsi
idi
.
Hərəmiz
nəsə
bir
söz
tapıb
bu
boylu
-
buxunlu
,
hətta
indiyənə
qədər
yaraşığını
itirməmiş
,
həyatını
bizim
karlik
dostumuza
həqiqətən
qurban
vermiş
bu
gözəl
və
vəfalı
xanıma
təsəlli
kimi
dedik
.
Amma
aradakı
pərtlik
hələ
də
qalmışdı
.
Gözümüzün
önündən
bir
neçə
dəqiqə
əvvəl
baş
vermiş
o
qəribə
mənzərə
çəkilib
getmirdi
.
Karlikin
arvadı
bircə
Şişman
Hənifəyə
əlini
uzatmadı
.
Onun
əli
havada
asılı
qaldı
.
Bu
xanım
heç
birimizin
üzünə
baxmadan
gözlərini
yana
çevirib
,
əslində
,
Şişmana
bəlkə
də
birinci
dəfə
“
siz
”
lə
müraciət
edərək
qəmli
və
bir
az
da
yanıqlı
səslə
ürəyindəkiləri
belə
dilə
gətirdi
:
–
Mən
sizin
dediklərinizi
eşitdim
.
Siz
ona
“
karlik
”
dediniz
.
Noolar
,
olsun
,
bu
bir
həqiqət
idi
.
Amma
...
Babacanın
indi
elədiyi
hərəkətə
mən
qətiyyən
haqq
qazandırmasam
da
,
bircə
onu
bilirəm
ki
,
o
,
dünyanın
bütün
karlikləri
arasında
ən
ucaboylusu
idi
.
Siz
bilmirsiniz
.
O
,
hər
gün
bunun
əzabını
yaşayırdı
.
Mən
isə
ona
ancaq
bu
sözlərlə
təskinlik
verə
bilirdim
.
Mən
ona
deyirdim
:
sən
dünyanın
ən
ucaboylu
karlikisən
,
niyə
bu
qədər
özünü
üzürsən
?!
Ən
ucaboylu
!
Mən
ərimlə
fəxr
edirdim
.
O
yataq
söhbətini
isə
,
eşidirsiz
,
mənim
ərim
heç
kimə
danışa
bilməzdi
.
Heç
kimə
!
Siz
o
söhbəti
uydurmusuz
.
Uydurmadı
sizin
dedikləriniz
. –
Bu
gözəl
arvadın
bir
də
gördük
,
gözləri
dolub
,
səsi
isə
qorxulu
bir
pıçıltıya
dönüb
kobud
bir
ahəngə
büründü
,
amma
tezcə
də
o
ahəngin
içindən
asanlıqla
sıyrılıb
çıxdı
. –
Eybi
yox
,
olur
,
həyatdı
...
–
Sözünü
bitirib
burnunu
çəkdi
,
dönüb
sakitcə
mətbəxinə
qayıtdı
.
Şişman
xoruz
kimi
qıpqırmızı
qızarıb
qalmışdı
.
Bir
kəlmə
də
ağzından
söz
çıxarıb
danışa
bilmədi
.
Biz
pəjmürdə
bir
halda
pilləkənləri
ağır
-
ağır
enib
,
nəhayət
,
küçəyə
çıxdıq
.
Hava
soyuq
idi
və
qaralmaq
istəyirdi
.
Günün
qəribə
vaxtı
idi
–
nə
axşam
kimi
axşam
düşürdü
,
nə
də
gündüz
kimi
gündüz
idi
.
İki
dəqiqəyə
qədər
evin
qabağında
dayanıb
diqqətimizi
bir
yerə
toplamadan
ordan
-
burdan
danışdıq
.
Mətləbə
dəxli
olmayan
boş
-
boş
şeylərdən
.
Şişman
hələ
də
pərtlik
içində
susurdu
.
Onun
üzünə
heç
birimiz
baxmaq
istəmirdik
.
Amma
ayrılarkən
yenə
dözmədi
,
yenilmiş
pəhləvan
döyüşə
doymayan
kimi
ürəyindəkiləri
bir
daha
açıb
boşaltdı
:
–
Vallah
və
billah
,
bu
adam
o
sözləri
mənə
demişdi
.
Demişdi
,
sabaha
sağ
çıxmayım
,
demişdi
.
Niyə
siz
mənə
inanmaq
istəmirsiz
axı
,
niyə
?
Siz
elə
bilirsiz
,
bu
arvad
istədiyindən
deyirdi
o
sözləri
?!
İstədiyindən
demirdi
,
azadlığa
çıxıb
,
onunçün
deyirdi
.
Bu
nə
zülümdü
,
Ay
Allah
,
heç
kim
mənə
inanmaq
istəmir
...
Yalvara
-
yalvara
onun
-
bunun
üzünə
baxa
-
baxa
qaldı
.
Hayıf
,
onunçün
vacib
olan
hələ
də
bizim
ona
inanıb
inanmamağımız
idi
.
Üzü
hələ
də
qızarmışdı
,
əlləri
titrəyirdi
.
Son
sözlərini
deyəndə
isə
ağlamsındı
və
səsi
titrədi
.
Eynən
balaca
,
cığal
uşaqlar
kimi
...
Başımızı
bulaya
-
bulaya
daha
bir
kəlmə
söz
danışmadan
Şişmanı
yolun
ortasında
tək
-
tənha
buraxıb
hərəmiz
bir
tərəfə
dağılışdıq
.
Mən
avtobus
dayanacağına
tələsdim
.
İndicə
olmuşların
tabut
içi
kimi
ağır
,
qaranlıq
,
anlaşılmaz
ahəngi
məni
üzürdü
,
rahat
buraxmırdı
.
Amma
axşam
Seyidlə
zəngləşəndə
mənim
üçün
bəzi
şeylər
aydın
olacaqdı
.
Seyid
deyəcəkdi
:
–
Bəs
sən
bilmirsən
?..
Hə
,
bilmirsən
,
sən
axı
Montində
yaşayırsan
...
Şişmanı
arvadı
bir
ay
olar
evdən
qovub
.
Çox
böyük
bir
qələt
eləyib
bu
.
Nəysə
,
telefon
söhbəti
deyil
.
Oğul
-
uşağı
da
analarının
tərəfini
tutublar
.
Deyirlər
,
iti
görək
,
qurdu
görək
,
Hənifəni
görməyək
...
Hələlik
isə
mən
yüngülcə
üşüyə
-
üşüyə
yaxındakı
avtobus
dayanacağına
tərəf
gedirdim
və
gedə
-
gedə
belə
düşünürdüm
: “
Əslində
,
Karlikin
bu
sözləri
Hənifəyə
deyib
-
deməməyi
əsas
deyil
.
Əsas
olan
odur
ki
...
Karlik
bunun
üzünə
gəlib
tüpürəndə
hamımızın
ürəyindən
tikən
çıxartdı
.”
Bizi Facebookda izləyin
Müəllifin digər yazıları
Dövrümüzün dərvişi - Kamal Abdulla yazır
15.01.24
Qarabağ havası - Kamal Abdulla yazır
04.12.23
Ulu Öndərdən Qalib Öndərə qədər - Kamal Abdulla yazır
10.07.23
Bir yas mərasiminin 7-ci günü - Kamal Abdulladan yeni hekayə
15.05.23
75 yaşlı ADU - doğma elm və təhsil ocağımız - Kamal Abdulla yazır
18.04.23
Yaratmaq, yaşatmaq, xeyirxahlıq - Kamal Abdulla yazır
13.12.22
Gülçöhrə xanım və Əsgər ağa - Kamal Abdulla yazır
29.10.22
Səngərdəki səs - Kamal Abdulladan yeni hekayə
31.10.20
"Müharibə və onun ədəbi-bədii əks-sədası" - Kamal Abdulla yazır
18.10.20
Nyutonun pişikləri - Kamal Abdullanın yazısı
21.09.20
Epiloq - Kamal Abdulladan yeni hekayə
18.05.20
Viruslu günlər - Kamal Abdullanın yazısı
03.05.20
Xalq təfəkkürü - Kamal Abdulla yazır
Həyatda hər şey olduğu kimi görünmür. Odur ki, bir çox fikir mühəndisləri, söz sərrafları, yazıçılar, şairlər dünyanın pozulmuş mizanını sahmana salmaq üçün daim çalışır, bu yolda əbədi çaba
16.11.19
Musa Yaqubu oxuyarkən... - Kamal Abdulla yazır
Musa Yaqubun poeziyası dünya kimi açıq mətndir.
04.11.19
Onu necə unutmaq olar?!
Biz onu heç zaman unutmayacağıq. 20 Yanvar faciəsindən dərhal sonra öz əzizləri ilə birgə Rusiyadakı Azərbaycan nümayəndəliyinə gəlib, öz həyatını və doğmalarının həyatını xalqı, milləti üçün
12.12.18
Əsas səhifə
Bütün xəbərlər
Siyasət
Sosial
İqtisadiyyat
Kriminal
Mədəniyyət
İdman
Şou-biznes
Ədəbiyyat
Çap versiyası
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.