Dövlət Gömrük Komitəsi bu gün bir sıra kütləvi informasiya vasitələrində “Apple” şirkətinə məxsus məhsulların ölkəmizə gətirilməsinə qadağa qoyulması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
Komitədən “APA-Economics”ə verilən məlumata görə, Dövlət Gömrük Komitəsinin bununla bağlı məlumatında rəsmi olaraq bildirir ki, yayılan bu cür informasiyaların heç bir əsası yoxdur:
"Belə ki, ölkə ərazisinə idxal olunan mobil telefonların mövcud qanunvericilikdə nəzərdə tutulmuş normalara uyğun olaraq rəsmiləşdirilməsi həyata keçirilir".