Almaniyada saxlanılan Təfəkkür Universitetinin Kiyev filialının rektoru Riyad Əliyev sərbəst buraxılıb.
Bu barədə APA-ya R. Əliyev özü məlumat verib.
Onun sözlərinə görə, İnterpolun müraciəti əsasında alman polisi onu saxlayaraq ifadəsini alıb:
“Bir neçə saat polisdə ifadə verdim. Onlar gördülər ki, mən cinayətkar deyiləm və sonunda sərbəst buraxdılar”.