https://525.az/img/pics/medium/2024-04/310692_5abc7kdlc5.jpg “525-ci qəzet”in 20 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2022-11/246659_5sdxtromrh.jpg Millətə xidmətin dəyərli nümunəsi: Abdulla Şaiqin "Türk çələngi"
https://525.az/img/pics/medium/2024-04/310544_k4ade02sjo.jpg Estetik əməliyyatlara maraq niyə artır?
https://525.az/img/pics/medium/2024-04/310611_o7476wf05i.jpg “O şəxslər himayədar ailə ola bilməzlər ki...”
search
20 Aprel 2024
19 Aprel 2024

"Azərbaycana qarşı sonadək oynamalıyıq"

"Azərbaycana qarşı sonadək oynamalıyıq"

"Qələbə qazanmaq şansı hər zaman var. Lakin bunun üçün sonadək mübarizə aparmaq lazımdır".

Qol.Az-ın məlumatına görə, bu sözləri Bolqarıstan millisinin futbolçusu Aleksandr Tonev ölkəsinin mətbuatına açıqlamasında deyib.
 
"Avro-2016"nın seçmə mərhələsində qarşılaşacaqları Xorvatiya və Azərbaycanla oyunlara toxunan Tonev hər iki matçın çətin keçəcəyini bildirib:

"Seçmə mərhələnin son iki görüşündə İtaliya və Norveçə uduzduq. Bütün oyunlara eyni yanaşmalıyıq. Həm Xorvatiya, həm də Azərbaycanla oyunlar asan keçməyəcək. İstədiyimiz nəticəni qazanmaq istəyiriksə, sonadək mübarizə aparmalıyıq. İlk öncə Xorvatiya ilə oyuna köklənmişik. Daha sonra bütün diqqətimizi Azərbaycanla matça yönəldəcəyik". 

Qeyd edək ki, oktyabrın 10-da səfərdə Xorvatiyanın qonağı olacaq Bolqarıstan yığması 3 gün sonra evdə millimizi qəbul edəcək.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.