Rusiyanın “Qazprom” şirkəti “Türk axını” layihəsi ilə tədarük olunacaq illik 63 mlrd. kubmetrlik həcmi 32 mlrd. kubmetrə endirilməsi ilə bağlı qərar qəbul edib.
"APA-Economics"in "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, bunu "Qazprom"un İdarə Heyətinin sədri Aleksey Miller bildirib.
A. Miller bildirib ki, bu addım Rusiya qazını Baltik dənizindən keçməklə Avropaya nəql edəcək "Şimal axını - 2" layihəsinin buraxıcılıq qabiliyyətini artırmaq üçün atılıb.
Rəsmi Ankara isə bildirib ki, "Qazprom"un verdiyi qərar Türkiyəyə təsir etməyəcək.