|
|
|
|
Bakının mərkəzi yollarından biri qeyri-müəyyən müddətə bağlanılıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov cümə günü Trend-ə bildirib ki, piyada keçidinin tikilməsi ilə bağlı Heydər Əliyev prospektinin "Şəfa" stadionu qarşısındakı köməkçi yolları hər iki istiqamətdə qeyri-müəyyən müddətə bağlanılıb.
Əsədov sürücülərə alternativ yollardan istifadə etməyi tövsiyə edib.