../img/pics/medium/143461_fsn94lzq0c.jpg “Qlobal medianın inkişaf trendləri: Risklər və imkanlar” konfransı keçirildi - Foto
../img/pics/medium/142237_xj4vq4l8hu.jpg “Ülvi Bünyadzadə-50”
../img/pics/medium/143448_z9hh3twm3j.jpg "Bütün dövrlərdə sevgi şeirləri daha təsirli olub" - Tuğrul Tanyol ilə müsahibə
../img/pics/medium/143444_67r5upt0wx.jpg Ədəbiyyat təəssübkeşi: İsa Həbibbəyli - Xalq yazıçısı Anar yazır
SON XƏBƏRLƏR
14 Oktyabr 2019
13 Oktyabr 2019

Zohair Benouahi: "Qol vurmaqdan daha çox ötürmə verməyi üstün tuturam"

  Zohair Benouahi: "Qol vurmaqdan daha çox ötürmə verməyi üstün tuturam"

Premyer Liqanın V turu maraqlı və gərgin qarşılaşmalarla yadda qaldı. Ancaq ən gözlənilməz nəticə AZAL - "Qarabağ" matçında qeydə alındı. "Təyyarəçilər"in Ağdam təmsilçisi üçərində 6-2 hesabı ilə inamlı qələbə qazanması futbol ictimaiyyətinin diqqətini AZAL-a yönəltdi.
 
Hazırda 10 xalla turnir cədvəlinin lideri olan AZAL-ın "Qarabağ"la oyundakı qəhrəmanlarından biri Zohair Benouahi Peşəkar Futbol Liqasının saytına verdiyi açıqlamada uğurların ardının gələcəyinə inandığını söylədi:

“AZAL ötən tur “Qarabağ” üzərində möhtəşəm qələbə qazandı. AZAL peşəkar futbolçulardan təşkil olunmuş güclü komandadır. “Qarabağ” üzərində qələbə qazanmağımızın əsas səbəbi oyun boyu nizam-intizamı itirməməyimiz oldu. Həmin oyunda qol vurduğum üçün şadam. Cari mövsüm yeni başlayıb. Cəmi 4 tur geridə qalıb. Düzdür, AZAL hazırda turnir cədvəlinin lideridir, ancaq qarşıda uzun və çətin yol var. Biz çalışacağıq ki, çempionatın sonunda da AZAL turnir cədvəlinin lideri olsun. Komandanın heyətində yüksək fərdi bacarığa malik futbolçular var. Çempionatda uğurlu start götürdük. 4 oyuna topladığımız 10 xalla ilk pillədə yer alırıq. Bunun davamının da gələcəyinə inanıram”.

“Cari mövsüm mənim üçün də uğurlu başladı. Rəqib qapılarına 4 qol vura bilmişəm. İnanıram ki, yenə də qollar vuracam. Ancaq mən qol vurmaqdan daha çox ötürmə verməyi üstün tuturam. Növbəti turda “İnter” ilə qarşılaşacağıq. Rəqibimiz güclü komandadır, çox yaxşı futbolçuları var. Mənim keçmiş komanda yoldaşım Tales Şütz də “İnter”in şərəfini qoruyur. Şütz çox yaxşı futbolçudur. Onun yeni komandası ilə uğur qazanacağına inanıram. “İnter”lə oyunda da əlimizdən gələni edib turnir cədvəlindəki mövqeyimizi qorumağa çalışacağıq”.


 
Bölmənin digər xəbərləri
Usta cüdoçularımız dünya çempionatında 7 medal qazanıblar - Foto Usta cüdoçularımız dünya çempionatında 7 medal qazanıblar - Foto
Mərakeşdə veteran cüdoçular arasında dünya çempionatı keçirilib. Azərbaycan 49 ölkədən 1183 (1006 kişi, 177 qadın) idmançının mübarizə apardığı çempionatda 15 idmançı ilə təmsil olunub. Cüdo...
14.10.19
Milli komandaların baş məşqçilərinin maaşları artırıldı Milli komandaların baş məşqçilərinin maaşları artırıldı
Nazirlər Kabineti “Olimpiya idman növləri üzrə milli yığma komandaların Baş məşqçilərinə aylıq vəzifə maaşlarının təyin edilməsi haqqında” qərarında dəyişiklik edib. ...
09.10.19
Teymur Rəcəbov: Teymur Rəcəbov: "Hazırda heç nə hiss etmirəm"
“Hazırda heç nə hiss etmirəm. Yalnız həddən artıq tükənmişəm”. ...
05.10.19
Məmmədyarov: Məmmədyarov: "Azərbaycan şahmatının zəif nöqtəsi qalmayacaq"
"Teymur Rəcəbovun Dünya Kubokuna sahib olduqdan sonra kişi şahmatçılarımızın qazanmadığı rəsmi nəticələrin sayı altıya enib". ...
05.10.19
Teymur Rəcəbov Azərbaycan tarixində ilk dəfə Dünya Kubokuna sahib oldu Teymur Rəcəbov Azərbaycan tarixində ilk dəfə Dünya Kubokuna sahib oldu
Azərbaycan şahmatçısı Teymur Rəcəbov Dünya Kubokunun qalibi adını qazanıb. ...
05.10.19
Borodino döyüşü, Bordinin döyüşü - İlqar Tağıyev yazır Borodino döyüşü, Bordinin döyüşü - İlqar Tağıyev yazır
"Neftçi"nin baş məşqçisi Roberto Bordinin adı çəkiləndə nədənsə yadıma Borodino döyüşü düşür. Doğrudan da Bordinlə Borodinonun səslənişində və yazılışında oxşarlıq var. 209 il əvvəl...
29.09.19
Yığma komandanın üzvləri “JudoClub 2012”də Yığma komandanın üzvləri “JudoClub 2012”də
Cüdo üzrə böyüklərdən ibarət yığma komandanın üzvləri “JudoClub 2012”nin idman zalında olublar....
26.09.19
1:7 millimiz - İlqar Tağıyev yazır 1:7 millimiz - İlqar Tağıyev yazır
Sərlövhədə səhv getməyib. Yazının başlığı U-17 millimizin Belarus yığması ilə keçirdiyi 2 yoxlama oyununun nəticələrinə görə belə seçilib....
25.09.19
AVRO-2020 üçün 600 min ağac əkiləcək AVRO-2020 üçün 600 min ağac əkiləcək
AVRO-2020-nin oyunları 12 şəhərdə, o cümlədən Bakıda keçiriləcək final mərhələsi ilə bağlı sosial layihə gerçəkləşəcək. ...
25.09.19
Kliçko 2 milyon dollara restoranda döyüşməyə razılıq verib Kliçko 2 milyon dollara restoranda döyüşməyə razılıq verib
“Ukraynanın paytaxtı Kiyevin meri, peşəkar boks üzrə ağır çəkidə sabiq dünya çempionu Vitali Kliçko qeyri-adi təkliflə üzləşib. ...
23.09.19
“Qarabağ”a görə ağladı - Günün şəkli “Qarabağ”a görə ağladı - Günün şəkli
Avropa Liqasının qrup mərhələsinin “Qarabağ” – “Sevilya” matçında Ağdam klubunun uduzması (0:3) bu komandanın azarkeşlərini məyus edib....
20.09.19
Yüksələn Yüksələn "Qarabağ", enən "Neftçi"... - Aydın Bağırovun yazısı
Dörd oyun, dörd qələbə, on iki xal. Komanda on qol vurub, bir qol belə buraxmayıb....
18.09.19
Stadnik 2-ci dəfə dünya çempionu oldu Stadnik 2-ci dəfə dünya çempionu oldu
Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir. ...
18.09.19
Qurban Qurbanovdan nikbin açıqlamalar: “Yaxşı nəticə əldə edə bilərik” Qurban Qurbanovdan nikbin açıqlamalar: “Yaxşı nəticə əldə edə bilərik”
"Belə bir komandanın Bakıya gəlməsi, bütün Azərbaycan futbolu üçün sevindiricidir. Azarkeşlər bir ilə yaxın idi ki, bu cür kluba qarşı canlı oyun izləmirdilər. Düşünürəm ki, sabah meydanda güclü...
18.09.19
Qış Olimpiya Oyunlarının rəsmi maskotu təqdim olundu Qış Olimpiya Oyunlarının rəsmi maskotu təqdim olundu
2022-ci ildə Çinin paytaxtı Pekində keçiriləcək Qış Olimpiya Oyunlarının maskotu təqdim olunub. ...
17.09.19
© 2012 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.