Bakıda əsən güclü külək nəticəsində qırılan ağac paytaxt sakinin başına düşüb.
APA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, oktyabrın 8-də Səbail rayonunun Xəqani küçəsində qırılmış ağac Bakı şəhər sakini İbrahim Yaqubovun başına düşüb.
İ. Yaqubova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.