Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu dünyasını dəyişib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oktyabrın 6-da hərbi qulluqçu, əsgər Əliyev Murad Əlizadə oğlu xidmət yerini özbaşına tərk edib.
Həyata keçirilən axtarış tədbirləri nəticəsində oktyabrın 9-da axşam saatlarında əsgər M.Əliyevin meyiti tapılıb.
Hadisə ilə bağlı cinayət işi başlanıb. Hərbi Prokurorluq tərəfindən faktla əlaqədar araşdırma aparılır.