|
|
|
|
Ukrayna Azərbaycanlı Gənclər Birliyi Yeni ilə xeyriyyəçilik tədbirləri ilə start verib.
UAGB –nin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB)-nin Xerson Vilayət təşkilatının fəallarının Xerson şəhərindəki Taras Şevçenko adına 1 saylı uşaq evində təşkil etdikləri konsert proqramı valideyn himayəsindən uzaq olan 174 kimsəsiz uşağa xoş və yadda qalan anlar yaşadıb.
Uşaqlarla görışdə çıxış edən UAGB nin Xerson vilayət təşkilatının sədri Elbin Quliyev və sədr müavini Səmayə Əhmədova Azərbaycan xalqının uzun əsrlərdən bəri davam edən xeyriyyəçilik ənənələrindən danışaraq İnternat evinin balaca sakinlərini Yeni il münasibəti ilə təbrik ediblər. Gənclər Birliyinin nümayəndələri özləri gətirdikləri yeni il hədiyyələrini uşaqlara təqdim edərək onlara xoş və səmimi arzularını çatdırıblar.
Sevinclərinin həddi hüdudu olmayan uşaqlar Azərbaycanlı gənclərin təşkil etdiyi musiqili gecədə rəqs edərək Yeni İlin ilk günlərini xoş ovqatla qarşılayıblar. Valideyn himayəsindən mərhum olmuş uşaqlara diqqət və qayğı göstərən Azərbaycanlı gənclərə minnətdarlığını bildirən Taras Şevçenko adına 1 saylı internat evinin müəllimləri Yeni il münasibəti ilə Azərbaycan xalqına sülh və əmin-amanlıq arzularını çatdırıblar. Görüşdə İnternat evinin uşaqları şer söyləyib ədəbi bədii kompozisiya nümayiş etdiriblər.