Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Etika komissiyası yaradılıb.
APA-nın məlumatına görə, komissiyanın yaradılması bu gün QMİ-də keçirilən tədbirdə sədr Şeyxülislam Hacı Allahşükür Paşazadə tərəfindən elan olunub.
O qeyd edib ki, komissiyanın yaradılmasında məqsəd yerlərdə məzhəb ayrı-seçkiliyinin qarşısının alınması, dini bayramlarda və dini mərasimlərdə arzu olunmayan hadisələrin qarşısının alınması və sair bu kimi məsələlərlə bağlıdır.
Etika komssiyasına Şeyxülislam Hacı Allahşükür Paşazadə sədrlik edəcək. Komissiyanın tərkibi QMİ-nin sədr müavinləri və əməkdaşlarından ibarətdir.