|
|
|
|
"2016 və 2017- ci illərdə neftin bir barelinin qiymətinin 50 dollar olması proqnozlaşdırılır".
Bunu iqtisadi inkişaf naziri Şahin Mustafayev parlamentin büdcə zərfinə daxil olmuş plenar iclasında səsləndirib.
Nazir qeyd edib ki, builki büdcə və ümumilikdə ölkənin inkişaf konsepsiyasında makroiqtisadi sabitliyin qorunması, diverfikasiyanın sürətlənməsi müəyyən edilib:
"Büdcə hazırlanarkən mövcud risklər qiymətləndirilmiş, neftin qiymətinin dəyişməsi prosesi təhlil edilib.
Nəticədə qabaqlayıcı tədbirlərin görülməsi, riskləri nəzərə alan tədbirlər seçilməklə büdcə hazırlanıb.
Beynəlxalq Valyuta Fondu ilin sonuna kimi Azərbaycanın iqtisadi inkişaf artımını 4 faizə qədər artırıb.
Həmçinin ölkədə qeyri-neft sektorunun inkişafı imkan verir ki, ölkənin ümumilikdə iqtisadi inkişafı dayanıqlığını qoruyub saxlaya bilsin".
Nazir əlavə edib ki, gələn ilin tikinti sektorunda 4,6 faiz azalma olacaq. İnformasiya və rabitə texnologiyaları sahəsində inkişaf davam edəcək. Bu ilin sonuna 13,3 faiz artım nəzərdə tutulur, növbəti üç ildə isə 10, 3 faiz artım proqnozlaşdırılır:
"Gələn ildə yoxlamaların azaldılması, inhisarçılığa qarşı mübarizənin gücləndirilməsi tədbirləri sürətləndiriləcək. Sosial proqramın icrası təmin ediləcək. Orta aylıq əmək haqqı artaraq 475,5 manat təşki edəcək.
Eyni zamanda, dövlət başçısının təklifi ilə dərman bazarında vəziyyətlə bağlı 2200 yaxın qiymət müəyyən edilib. 53 faizi iki dəfədən çox, 28 faizi üç dəfədən çox endirilib. Bu proses bütün dövlət qeydiyyatına alınmış dərman vasitələrinin tənzimlənməsinə kimi davam etdiriləcək".
Kamil HƏMZƏOĞLU