Sabah Bakının bəzi ərazilərinə içməli suyun verilməsində fasilələr müşahidə olunacaq.
"Azərsu" ASC-nin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə "Maştağa" su anbarında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə əlaqədar yanvarın 8-də paytaxtın Sabunçu, Suraxanı və Xəzər rayonlarına, eləcə də Abşeron rayonunun bir hissəsinə içməli su gün ərzində fasilələrlə veriləcək. Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.