Keçən həftə Rusiya vətəndaşlığına keçən məşhur aktyor Jerar Depardye pasportunu da alıb.
525.az-ın Tükiyə mediasına istinadən verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin ildırım sürətilə vətəndaşlıq verdiyi Depardyenin parsportunu Soçidəki iqamətgahında təqdim edib.
Rusiya televiziyasının xəbərinə görə, Putin Depardye ilə birlikdə axşam yeməyi yeyib və aktyorun rus keşiş Rasputini canlandırdığı filmlə bağlı söhbət edib. Dövlət televiziyası Putinlə Depardyenin qucaqlaşdığı görüntüləri efirə verib.