Azərbaycan Respublikasının əməkdar artisti, Daxili Qoşunların Hərbi Orkestrinin dirijoru, baş leytenant Azərin Naxçıvan Muxtar Respublikasında yerləşən "N" saylı hərbi hissədə konsert proqramı ilə çıxış edib.
anspress-in məlumatına görə, hər zaman vətənpərvərliyi ilə seçilən sənətçinin əsgərlər qarşısındakı çıxışı yüksək əhval-ruhiyyədə keçib.
Konsert proqramının sonunda Daxili İşlər Nazirliyi Daxili Qoşunların Hərbi Orkestrinin dirijoru, baş leytenant Azərin fəxri diplomla təltif edilib.