|
|
|
|
Azərbaycanda dəhşətli yol qəzası baş verib.
Bu barədə APA-ya Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.
Hadisə Bakı-Qazax-Gürcüstan yolunda qeydə alınıb.
Sərnişin avtobusunun “VAZ-2106” markalı minik maşını ilə toqquşması nəticəsində “VAZ-2106”-da olan şəxslərin hamısı - Hüseynov Anar Hidayət oğlu, Babayev Murad Əbülfəz oğlu, Babayeva Çiçək Nazim qızı, Nağıyeva Leyla Nazim qızı və Nağızadə Nağı İdris oğlu hadisə yerindəcə keçiniblər.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.