Yaxın Şərqdə Ərəb baharıyla başlayan və Avrasiyanın can damarlarına doğru irəliləyən yeni dünyanın geopolitik çatışmasının qırılma nöqtəsi heç şübhəsiz ki, İran və ətrafında baş verən hadisələr olacaq. Azərbaycanın,Türk dünyasının və eləcə də İslam aləminin də gələcək siyasi, ideolojik, coğrafi konfiqurasyasında İranın gələcəyilə bağlı ssenarilər ciddi əhəmmiyət kəsb etməktədir. Bu ölkə Fars –Sasani dövlətçilik ənənələrinin kökləri üstündə müxtəlif tarixi dövrlərdə fərqli təmayüllər göstərsə də, İran mərkəzli yapı varlığını davam etdirərək günümüzə qədər gəlib. Əslində İranın mövcudluğu həm də mədəni, siyasi aspektdə Türk varlığıyla rəqabət və çatışma şəklində iç-içə olmuştur. İran, Avrasyanın ən stratejik məkanında qərar tutması, Bəsrə körfəzinin çox böyük neft-qaz ehtiyyatlarının sahib olması səbəbiylə dünyanın super güclərinin də maraq dairəsindədir.
İnqilab sonrası formalaşan teokratik rejimin iş başına gəlməsində heç şübhəsiz ki, Sovet dövlətini çevrələyərək buradakı müsəlman faktorundan da faydalanmaq istəyən Qərbin də ciddi rolu olub. Ən azından deyə bilərik ki, Sovet təhlükəsinin mövcudluğu bu faktorun münbit daxili şərtlər üzərində ortya çıxmasına Qərbin loyal yanaşmasını şərtləndirdi. SSRİ-nin dağılmasıyla dəyişən tarixi şərtlər içində İranın yeni rejimi də ideolijik yanaşmalardan, başqa ölkələrə “inqilab ixrac” etmə həvəslərindən geri çəkilərək daha praqmatik təməllərdə xarici siyasətə üstünlük verdilər. İranın bölgədəki maraqlarını hər şeydən önə çıxaran makavelist siyasət izləməyə başladılar. İran üçün məzhəb təməlli din qonşu ölkələrdə yeni dayaqlar, qurumlar formalaşdırmaq, milli maraqlarını həyata keçirmək üçün ideolojik bir silahdan başqa bir şey olmadı..
Qapalı bir rejim olması səbəbiylə Amerika və Avropa bu ölkənin daxilinə istədiyi şəkildə nüfuz edə bilməsə də, İran-İraq müharibəsi dövründə və daha sonra da bu ölkənin adı çəkilən güclərlə bəzən açıq bəzən də gizli , enerji və silah alımı müstəvisində əməkdaşlığı davam etdi. SSRİ-nin dağılması yeni dünya reallıqlarını da bərabərində gətirincə İran istər onu çevrələyən və getdikcə də güclənən Türk zolağına, istərsə də Amerikanın bölgəyə daha güclü nüfuz etməsinə qarşı Rusyayla yaxın mütttəfiqlik qurmaq ehtiyacı hiss etdi. Və bu ittifaqa Rusyanın for-postu olan Ermənistan da əlavə edildi. Moskva-Tehran-İrəvan üçbucağı həm də gözlənilən ortaq təhlükəyə qarşı formalaşan bir birliyin adıydı.
Xəritəyə baxdığımız zaman Yaxın Şərqdə olduğu kimi Qafqazda da XIX əsrdə çizilmiş olan sərhədlərin real etnik mənzərəni əks etdirmədiyi və imperialist mərkəzlərin zorla bölüşdürmə siyasətinin bir nəticəsi olduğu asanlıqla anlaşılmaqdadır. Türkmənçay sonrası dəqiqləşən İran-Azərbaycan sərhəddi də ədalətsiz və bir millətin ikiyə bölünməsiylə nəticələnən bir sərhəddi. Bu sərhəd eyni zamanda Balkanlardan Türküstana uzanan təbii Türk zolağının süni sərhədlərlə bölünməsiydi. İranın varlığı bu gün də, dünən də istər dini zəmində istərsə də, etnik baxımdan Türk Birliyinin bütünləşməsinin önündə böyük bir əngəldi. Bu baxımdan İran varlığını davam etdirə bilmək üçün Rusyanın tarixi Türk torpaqları olan İrəvan xanlığında qurmuş olduğu erməni dövlətini himayə etməli və onun dünyaya açılan qapısı olmalıydı. İran da məhz bunu həyata keçirməyə başladı. Çarlıq Rusyası dövründə Moskvada aparılan müzakirələrdə erməni dövlətinin Bakıda, Şamaxıda, yoxsa Mazandaranda qurdurulması məsələsi uzun-uzun müzakirə edilmiş,Türkiyənin nəzarət altına alınması və başqa geostratejik səbəblərə görə erməni dövlətinin İrəvan xanlığının torpaqlarında qurulması qərarlaşdırılmışdı. Bu strateji bir qərardı. Və İranın Fars varlığının davamı üçün də bu erməni dövləti dəstəklənməliydi. Bu gün Tehran- İrəvan münasibətlərinin Azərbaycan- İran münasibətlərindən daha yüksək səviyədə olması bilinən bir həqiqətdir. Azərbaycanı Şimali İran olaraq görən İranın Paniranist baxış və maraqları Qarabağ probleminin mümkün olduğu qədər uzadılmasını şərtləndirir. İran həm də Azərbaycanın milli enerji və imkanlarının daha çox bu məsələyə sərf edilməsini və Azərbaycanın bütövləşməsinin gündəmə gəlməməsini arzulamaqdadır. Bu baxımdan da Moskva-Tehran – İrəvan təbii müttəfiqlər kimi geostratejik mübarizə meydanında yer almaqdadır. İranın bu siyasəti nəticəsində Türküstan və Qafqaz Rusyayla İran arasında qitə içində sıxışıb qalmış vəziyətdədirlər. Sözdə İslam cümhuriyəti olduğunu iddia edən bu dövlət Fars milli maraqlarına indekslənmiş siyasətiylə Orta Asyanın müsəlman zolağının təbii coğrafi güzərgahlardan keçərək Türkiyəylə bütünləşib güc halına gəlməsini əngəlləməkdədir. İran Turan coğrafiyasının əsas etnik gücüylə uymlu yaşamağı deyil çatışmanı tərcih etməkdədir.
İranın dini ideologiyasının səmimiyətsizliyi özünü İsraillə əlaqələrdə də ortaya qoymaqdadır. Şah dönəmində özünün zirvə nöqtəsinə çıxan İran- İsrail əlaqələrinin Xomeyni dönəmində də gizli təmaslarla dəvam etdiyi çoxları tərəfindən bilinməməkdədir. Amerikanın ən məlumatlı Yaxın Şərq mütəxəsislərindən Mike Evans “Jimmy Karter” adlı kitabında İranın dini liderinə qarşı tərtiblənən suiqəst planının Mossadın İrandakı hərbi atəşəsi vasitəsiylə əngəllədiyini qeyd etmişdi. Bu suiqəsdin təşkilatçısı kimi də o vaxtın hava qüvvətləri komandiri general Hüseyin Rabiinin edam edildiyi bilinməkdədir. Müxtəlif araşdırmalar 1980 – 1990 cı illərdə İrana İsrailin milyart dollarlar məbləğində müxtəlif silahlar satdığını ortaya qoymaqdadır. 2009 -da Amerikanın İrana embarqo qoymasından sonra İsrailli iş adamı Şami Öferin İrana gəmilər satdığı haqda xəbərlər dünya mətbuatında xəbər olmuşdu. Bu iş adamının şirkəti Amerikanın İranla böyük ticari əlaqələri olan şirkətlər siyahısında yer almış daha sonra da şirkət açıqlamasında İsrail rəsmilərindən xəbərsiz heç bir iş görmədiklərini bəyan etmişdi. Bu İsrailli iş adamının Təl-Əvivdəki evində ölü bulunması da mövzu ətrafındakı sualları artırmışdı .Əməkdaşlığa dair daha bir məlumat. Haaretz qəzeti bir məqaləsində 200-ə qədər İsrail şirkətinin İsrail hökümətinin məlumatı daxilində İranın can damarı olan enerji sektorunda fəaliyət göstərdiklərini yazmışdı. Bu yöndəki məlimatları daha da artırmaq olar. Ermənistanla da İranın əlaqələri bu baxımdan stratejik təməllərdə günü-gündən genişlənməkdədir.Bütün bunlar göstərir ki İran praqmatik maraqları çərçivəsində hər kəslə əməkdaşlığa gedə bilər və onun dini şüarları da aldatmacadan başqa bir şey deyil. İran Xəzərin enerji ehtiyatlarının istifadəsi məsələsində də daima Azərbaycanın və Türkiyənin milli maraqlarının qarşısında yer almaqdadır. . Azərbaycan-Gürcüstan- Türkiyə stratejik əməkdaşlığı məhz bu reallıqların gətirdiyi zərurətdən ortaya çıxmışdır. Embarqo şəraitində belə iran Türkiyəyə qazı ən yüksək qiymətlərlə satmaqda və qazdan siyasi təziq vasitəsi olaraq istifadə etməkdədir. İranın dəyişən kanyuktura içərisində PKK amilindən də Türkiyəyə qarşı istifadə etdiyinə dair xəbərlər vaxtaşırı Türkiyə mətbuatında yer almaqdadır. İraqda və Suriyədə məzhəb pərdəsi altında Türkiyənin önünü kəsmək cəhdləri də bu dövlətin heç dəyişməyən Türk-İslam dünyasıyla daimi mübarizəsinə daha bir sübutdur.
Rusya və Çinə daha ciddi təsir imkanları əldə etmək istəyən Amerikayla enerji asılılığından qurtulmaq istəyən Avropa da təbii olaraq Qafqazda Azərbaycan-Gürcüstan-Türkiyə ittifaqını dəstəkləməkdədir . İndi İran əleyhində şəkilənən bu gepolitik dəngələrdə Türkiyənin çevik həmlələrinə ehtiyac var. Ərəb baharıyla başlayan dəyişikliklərin İranla davam etmə ehtimalı Güney Azərbaycan Türklərindən də çox asılıdır. Ancaq unutmamalıyıq ki Qərb İranın geostratejik imkanlarından, enerji resurslarından daha geniş bir şəkildə istifadə etmək istəyir ancaq İslam coğrafiyasında ayırışdırıcı və dəngələyici bir ünsür olaraq da məzhəb mərkəzli İranın zəyifləyib dağılmasını istəmir. Türk dünyasının Türkiyə liderliyində böyük bir gücə çevrilməsi ehtimalı da hakim güclərcə arzulanmamaqdadır. İranın yeni bir sistemə ,yeni bir rejimə keçid prosesinin qanlı vəyaxud qansız başverəcəyi müzakirələriylə yanaşı, bu ölkədəki Türk varlığının İranın gələcəyiylə bağlı mövqeyinin , strategiyasının necə olacağı da prosesin aktual suallarındandır. Bu sistemlə , antoqonist və ikiüzlü siyasətlə İranın süqutu labüddür. Deyəsən həqiqətən də Qarabağın həlli yolu Təbrizdən keçəcək. Azərbaycan buna hazır olmalıdır..