|
|
|
|
«Halo Trust» maliyyə problemləri ilə üzləşdiyindən əməliyyatlar dayana bilər
Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində Böyük Britaniyanın «Halo Trust» təşkilatı tərəfindən aparılan minatəmizləmə əməliyyatları dayana bilər. APA-nın məlumatına görə, bu barədə «Halo Trust» təşkilatının yaydığı məlumatda bildirilib.
Məlumatda qeyd olunub ki, indiyədək «Halo Trust»un Dağlıq Qarabağdakı əməliyyatları ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) və Kanadanın “Reece Foundation and Grapes for Humanity” şirkəti tərəfindən dəstəklənib. Lakin təşkilat 2013-cü il üçün yeni donorlar tapa bilməyib. Bu isə işlərin təxirə salınmasına gətirib çıxara bilər.