İran Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində Azərbaycan və Ermənistan arasında vasitəçi qismində çıxış edə bilər.
ANS PRESS-in məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Ramin Mehmanpərəstə istinadən xəbər verir.
O qeyd edib ki, İran münaqişənin sülh yolu ilə nizamlanmasını dəstəkləyir. Bu münaqişənin həlli region ölkələrinin imkanları daxilindədir.
"Biz münaqişələrin gərginləşməsinin qarşısını almaq üçün mümkün olan hər şeyi etməliyik", - deyə Mehmanpərəst mətbuat konfransında qeyd edib.