Cəbhənin Goranboy, Tərtər və Ağdam istiqamətlərində atəşkəs pozulub.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Yarımca, Ağdam rayonunun Şıxlar və Şuraabad kəndləri yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.