Sabahdan etibarən ölkə ərazisində havanın temperaturu nisbətən sabitləşəcək.
Bu barədə APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova məlumat verib.
O bildirib ki, artıq sabah səhər qərb, gündüz isə şərq rayonlarından başlayaraq yağıntıların kəsiləcəyi gözlənilir.