Türkiyə hakimiyyəti Suriya ilə sərhəddə Rusiyaya məxsus “Su-24” hərbi təyyarəsinin vurması barədə BMT-nin baş katibi Pan Gi Munu və Təhlükəsizlik Şurasının 5 daimi üzvü olan ölkələrin hökumətlərini yazılı şəkildə məlumatlandırıb.
APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Reuters”ə diplomatik mənbələr məlumat verib.
Qeyd edək ki, Türkiyə Hərbi-Hava Qüvvələri ötən gün Suriya istiqamətindən sərhədi pozan Rusiyanın “Su-24” bombardmançı təyyarəsini vurub.
İnsident nəticəsində pilotların öldüyü bildirilir, lakin bununla bağlı rəsmi məlumat hələ ki verilməyib. Rusiya tərəfi sərhədi pozmadığını iddia edir.
Hadisə rəsmi Moskvanın kəskin reaksiyasına səbəb olub.