Bakıda yol qəzası baş verib.
Nizami Rayon polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Qara Qarayev prospektində qeydə alınıb. “Mercedes” markalı avtomobilin maneəyə çırpılması nəticəsində sürücü - 1973-cü il təvəllüdlü İsmayılov Zabil Baladadaş oğlu, onun övladları 2007-ci il təvəllüdlü Nəzrin İsmayılova, 2009-cu il təvəllüdlü Nihat İsmayılov və digər sərnişin 1986-cı il təvəllüdlü Şəlalə Məmmədova xəsarət alıb. Xəsarət alanlar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.