Türkiyənin dünən vurduğu təyyarə 66 illik NATO tarixində birlik üzvü olan bir ölkə tərəfindən vurulan ilk Rusiya təyyarəsi olub.
Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Türkiyə dünən sərhədi pozan və xəbərdarlıqları diqqətə almayan naməlum bir təyyarəni F-16 ilə vurub, sonradan yerə salınan təyyarənin Su-24 tipli və Rusiya Hava Qüvvələrinə məxsus olduğu öyrənilib.
Ankara ilə Moskva arasında böhrana gətirib çıxaran və dünya liderlərinin də açıqlamalarına səbəb olan hadisə, bir ilk olaraq da tarixə düşəcək. Çünki salınan təyyarə, Şimali Atlantika Alyansı Təşkilatı (NATO) tarixində birlik üzvü bir ölkə tərəfindən vurulan ilk Rusiya təyyarəsi oldu.
Qeyd edək ki, NATO 1949-cu ildə yaradılıb.