|
|
|
|
“Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Gələcəyini planlaşdır və qur” layihəsi çərçivəsində gənclər üçün təlim təşkil edib.
Birlikdən 525.az-a verilən məlumata görə, növbəti təlim noyabrın 25-də Göyçay Regional Peşə Tədris Mərkəzində keçirilib.
Təlim iştirakçıları qarşısında çıxış edən “Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyinin sədri Əzizağa Atakişiyev əvvəlcə layihə haqqında məlumat verib.
O qeyd edib ki, layihənin əsas məqsədi Göyçay rayonunda gənclərin məşğulluq məsələlərinin həll olunmasına yardım göstərməkdən ibarətdir. O, gənclərin maarifləndirilməsi və işlə təmin olunması məsələsini dövlətin məşğulluq siyasətinin tərkib hissəsi olduğunu nəzərə alaraq “Gələcəyini planlaşdır və qur” layihəsinin əhəmiyyətini yüksək qiymətləndirib.
Əzizağa Atakişiyev bildirib ki, layihə çərçivəsində həyata keçiriləcək fəaliyyətlər sayəsində Göyçay rayonunda gənclərin məşğulluq imkanlarının artırılmasına və onların Göyçay Regional Peşə Tədris Mərkəzində peşə təhsili üzrə kurslara cəlb olunmasına köməklik göstəriləcək. Təlimdə 40 nəfər fəal gənc üçün karyera planlaşdırılması və şəxsi motivasiya mövzusunda təlim keçirilib.
O bildirib ki, “Gələcəyini planlaşdır və qur” layihəsi çərçivəsində peşəyönümü istiqamətində maarfləndirmə işləri aparılıb, peşə təhsilli mütəxəssislərlə müvafiq biznes qurumları arasında əməkdaşlıq əlaqələri yaradılıb.
Layihənin qiymətləndirməsini aparmaq və ictimaiyəti maarifləndirmək məqsədilə keçirilən bu tədbirdə Göyçay rayon Məşğulluq Mərkəzinin, Göyçay Regional Peşə Tədris Mərkəzinin, Göyçay Peşə Liseyinin, Göyçay rayon Baytarlıq İdarəsinin, rayon suvarma sistemləri idarəsinin, “AzNar” və “Azgranata” şirkətlərinin əməkdaşları iştirak edib. İşəgötürənlər təmsil etdikləri idarə və müəssisələrdəki boş iş yerləri barədə gənclərə məlumat veriblər.
Tədbirdə qeyd olunub ki, layihənin sonunda uğurlu nəticə göstərən gənclərin bu müəssisələrə öyrənmə səfərləri təşkil ediləcək.
Konfransda gənclərə iş axtarmağın metodları ilə bağlı ətraflı məlumatlar verilib və karyeranın planlaşdırılması mövzusunda təqdimatlar edilib. Karyeralarında uğur qazanan gənclər konfransda iştirak edərək öz iş təcrübələrini tələbələrlə bölüşüblər.
Cavid QƏDİR