|
|
|
|
Azərbaycan ərazisində günəşli hava şəraiti davam edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən 525.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında yanvarın 17-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2-4, gündüz 8-11 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında yanvarın 17-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi gündüz dağlıq ərazilərdə güclənəcək.
Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 1 dərəcəyək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 5-10, yüksək dağlıq ərazilərdə 15-17 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacaq.