İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) Baş Konfransının iclasında İSESKO-nun yeni loqosu və yeni veb-saytının təqdimatı olub.
Mədəniyyət və Turizm Nazirliyindən 525.az-a verilən məlumata görə, iclasda Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirak edib.
Ə.Qarayev bildirib ki, yeni portal köhnə veb-saytın əsasında yaradılıb:
"Amma daha yeni format seçilib. Burada xəbərlər daha operativ çatdırılacaq. Dünyanın hər yerindən İSESKO haqqında məlumatları burdan əldə etmək mümkün olacaq".
Cavid QƏDİR