"Azərbaycan və Ermənistan prezidentləri arasında görüşün yeri və vaxtı dəyişdirilib".
APA-nın xəbərinə görə, bu barədə Ermənistanın “Qraparak” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb. “Paris artıq görüşlər üçün münasib məkan sayılmır”, - deyə məlumatda qeyd edilir.
Xatırladaq ki, “Qraparak" qəzeti bir müddət əvvəl prezidentlərin dekabrın 1-də Parisdə görüşəcəkləri ilə bağlı məlumat yaymışdı.