Rusiya prezidenti Vladimir Putin Türkiyə ilə münasibətlərin korlanmasından təəssüf hissi keçirdiyini söyləyib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Parisdə BMT-nin iqlim dəyişikliyi konfransı çərçivəsində keçirdiyi ikitərəfli görüşlərin yekunlarına dair mətbuat konfransında çıxış edən Vladimir Putinə Rusiya-Türkiyə ikitərəfli münasibətlərinin bu vəziyyətə düşməsinə təəssüflənib-təəssüflənməməsi ilə bağlı sual ünvanlanıb.
"Hesab edirəm ki, biz hamımız çox təəssüflənirik. Şəxsən mən çox təssüflənirəm, çünki bu uzun müddət ərzində münasibətlərin möhkəmlənməsi üçün çox şey etmişəm",- deyə Putin suala cavabında bildirib.