|
|
|
|
Bakı Metropoliteninin bütün stansiyalarında ciddi təhlükəsizlik tədbirləri həyata keçirilir.
Bu barədə 525.az-a “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.
N.Paşayev bildirib ki, sərnişinlər metroya daxil olarkən çox ciddi yoxlanılır:
“Bunlar təhlükəsizlik tədbirləri ilə bağlıdır. Həyata keçirilən tədbirlərin nə vaxta kimi davam edəcəyininin konkret müddəti bilinmir.
Tədbirlər metro stansiyalarının girişində sərnişin sıxlığı yaradır”.