https://525.az/img/pics/medium/2023-12/297354_8fkpzc5rao.jpg Şeytana qarşı - Əlisəfdər Hüseynov (I yazı)
https://525.az/img/pics/medium/2024-03/308277_bixbhlvc2s.jpg Jurnalistika - "tələsik yaradılan ədəbiyyat" - Gülay Tahirli yazır
https://525.az/img/pics/medium/2024-02/303253_0421emrqww.jpg Nəsillər arasındakı anlaşılmazlıq: təkrarlanan "çatlar"
https://525.az/img/pics/medium/2024-03/308269_0pagv71pno.jpg AMEA-da Elm Günü qeyd olunub
search
29 Mart 2024

İlin ən yaxşı məşqçisi kim olacaq?

İlin ən yaxşı məşqçisi kim olacaq?

2015-ci ilin ən yaxşı məşqçisi adına son 3 namizədin adları müəyyənləşib.

Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, bunlar Luis Enrike, Massimiliano Alleqri və Xorxe Sampaolidir.

"Barselona" ilə Çempionlar Liqası, La Liqa və İspaniya kubokunu qazanan Luis Enrike ötən mövsüm komandasını çıxardığı 60 oyunun 50-də qələbə qazanıb, 4-də heç-heçə oynayıb, cəmi 6 görüşdə isə uduzub.

Alleqri isə ötən mövsüm "Yuventus"la A Seriyasını və İtaliya kubokunu qazanıb. Çempionlar Liqasının finalına qədər irəliləyən "Yuventus" Alleqrinin rəhbərliyi altında 56 oyuna çıxıb ki, bunların 37-də qalib gəlib, 12-də bərabərə qalıb, 7 dəfə isə məğlub olub.

Çili millisinin baş məşqçisi Sampaoli isə yığmasına tarixində ilk dəfə olaraq Cənubi Amerika kubokunu qazandırıb. Onun komandası finalda Argentinanı 4:1 hesabı ilə məğlub edərək fəxri mükafata sahib çıxıb.

Qeyd edək ki, 2015-ci ilin ən yaxşı məşqçisinin adı 2016-cı il yanvarın 11-də Sürixdə keçirilək mərasimdə açıqlanacaq.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.